Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib

Heydər Əliyev Sarayında Milli Qurtuluş Gününə həsr edilən “Şərəf tariximiz” adlı konsert olub. SİA-nın məlumatına görə, konsertdə Xalq Artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Ədalət Şükürov, Gülüstan Əliyeva, Elza Seyidcahan, Zaur Əmiraslanov, müğənnilər Nazim Faytonçu, Nərmin Kərimbəyli, Yaşar Cəlilov, Leyla Ramazanlı, Könül Məmmədli, Əbdül Xalid, Tofiq Hacıyev, Nicat Cəfərzadə və başqaları çıxış ediblər. İfaçıların çıxışları alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə