ADGTT-may ayında 3 Beynəlxalq layihədə iştirak edəcək

Bu il may ayının ilk ongünlüyündə ADGTT 3 Beynəlxalq layihədə iştirak edəcəkdir. Kollektiv mayın 1-dən 6-a dək Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dram Teatrı ilə bağlanmış “Qarşılıqlı qastrol səfərlərinə dair” müqaviləyə əsasən sözügedən teatrın səhnəsində görkəmli Azərbaycan ədibi A.Şaiqin “Tıq-tıq xanım” tamaşasını nümayiş etdirmək üşün yola düşəcək.

SİA-nın məlumatına görə, səfərdə teatrın direktoru, Əməkdar İncəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 14 nəfərlik yaradıcı heyət iştirak edəcəkdir. Qastrol çərçivəsində Şimali Osetiya-Alaniya Respublikasının Mədəniyyət Naziri, teatr rəhbərləri və Azərbaycan diasporunun fəalları ilə M.Həmidovun bir sıra görüşləri də planlaşdırılıb.

ADGTT-nın kollektivi may ayının 2-dən 5-ə dək Türkiyə Cümhuriyyəti Anatalya Böyükşəhər Bələdiyyəsi Şəhər teatrlarının dəvəti ilə sözügedən şəhərdə R.Ağayevin “Sonluğun sonu” (ifaçı Güşvər Şərifova) mono tamaşası ilə ölkəmizi qardaş ölkənin Beynəlxalq Teatr Festivalında təmsil edəcək.

May ayının 10-dan 16-a dək isə ADGTT-nın kollektivi Makedoniya Respublikası Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə “XX Beynəlxalq Monodram” Festivalında iştirak etmək üçün P.Züskindin “Kontrabas” (ifaçı Azərbaycan və Kalmıkiya Respublikasının Əməkdar Artisti Şövqü Hüseynov) ilə yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...