Arxivə yeni sənədlər təhvil verilib

Xalq Rəssamı Altay Hacıyev tərəfindən daimi saxlanılmaq məqsədilə 28 saxlama vahidi fotosənəd, bir saxlama vahidi kinosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Milli Arxiv İdarəsindən SİA-ya bildirilib ki, hazırda rəssamın şəxsi arxivindən təhvil alınmış fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.

Eyni zamanda, hər bir sənəd haqqında qısa, müfəssəl məlumat bazası hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...