“Yay düşərgəsi” çərçivəsində yekun musiqi proqramı

Avqustun 12-də “YARAT” Müasir İncəsənət Mərkəzi gənc musiqiçilər üçün “Yay düşərgəsi” layihəsi çərçivəsində yekun musiqi proqramı təqdim edəcək. SİA-nın məlumatına görə, “Qazaxıstan – ucsuz-bucaqsız çöllər və meqapolislər diyarı: bədii təsvir, üslub və cərəyanlarda müasirlik, keçmiş və gələcək” adlı musiqi proqramına nəfəs, simli və zərb alətlərində fərdi və duet çıxışları daxildir. Proqramın kuratoru Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu və beynəlxalq müsabiqələr laureatı Fərhad Qarayusiflidir.

Müasir incəsənətə musiqi prizmasından yanaşmaq proqramın əsas məqsədidir.

Bütün xəbərlər Facebook səhifəmizdə