Zelenskini öldürmək istəyirlər..?

Prezident Zelenski Ukrayna Silahlı Qüvvələrinin bir neçə generalına qarşı ittiham irəli sürməyi və onlara qarşı cinayət işi qaldırmağı planlaşdırır

Ukrayna Silahlı Qüvvələrinin generalları Ukrayna ordusunun uğursuzluqlarına görə məsuliyyət daşıyanları, o cümlədən ölkə prezidenti Vladimir Zelenskini cəzalandırmaq niyyəti ilə əlaqədar ona sui-qəsd hazırlaya bilər.

SİA xəbər verir ki, bu barədə “URA.RU” saytı “Coker DPR” teleqram kanalına istinadən yazır.

Məsələ bundadır ki, “Teleqram” kanalının mənbələrinə görə, Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin bir neçə generalına qarşı ittiham irəli sürməyi və onlara qarşı cinayət işi qaldırmağı planlaşdırır. Deyilənə görə, o hesab edir ki, bu generallar Rusiya ordusunun Ukrayna ərazisindəki hərəkətlərinə görə məsuliyyət daşıyırlar.

Bu arada “Teleqram” kanalının həmsöhbətlərindən biri deyib ki, “...ukraynalı generallar guya keçmiş şoumenin başçılıq etdiyi sirki anlayır və Zelenskini aradan götürmək variantını nəzərdən keçirməyə başlayırlar”.

Həmsöhbət onu da əlavə edi ki, həmən generallar Zelenskinin “aradan götürülməsində” Rusiyanın təxribat-kəşfiyyat qrupunu da günahlandırmağı planlaşdırırlar.

Qeyd edək ki, rusiyalı siyasi strateq Marat Bəşirov da bu günlərdə “Teleqram” kanalına verdiyi açıqlamasında Vladimir Zelenskinin yaxın bir neçə həftə ərzində hərbi çevrilişdən qorxmalı olduğunu bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyətə bunun, yəni ölkə prezidentinə qarşı sui-qəsdin reallaşmasına bir neçə amil də təsir edə bilər. Rusiyalı siyasi strateqə görə həmən amillər bunlardır:

-Mariupolda “Azovstal”dan ukraynalı əsgərlərin əsir götürülməsi,

-Ukrayna Silahlı Qüvvələrinin şərq qrupunun qismən süqutu və...

-Ukrayna prezidentinin verdiyi bəzi uğursuz qərarlar nəticəsində Ukrayna ordusunun verdiyi son itkilər.

Bunlarla yanaşı, Bəşirov həmçinin belə hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin generalları ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin guya Kiyevin güzəştə getməsinin zəruriliyi ilə bağlı fikirləri ilə razıdırlar.

Yeri gəlmişkən xatırladaq ki, prezident Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya hələ aprelin 19-da Çexiyanın “Respekt” həftəliyinə müsahibəsində Rusiyanın Ukraynaya hücumundan sonra bir qrup Kadırovçunun ərinin həyatına sui-qəsd planlaşdırması ilə bağlı məlumatlara münasibətini də bildirmişdi.

Qeyd edək ki, həmən vaxt xanım Zelenskaya rusların Ukraynada törətdiklərinə diqqət cəkərək, onların hər şeyə qadir olduqlarını dilə gətirmişdi.

Təbii ki, o bunları deyərkən, ruslar tərəfindən həyat yoldaşına qarşı hər hansı bir təxribatın həyata keçirilməsini də istisna etməmişdi.

...Amma indi ölkə prezidentinə qarşı ehtimal olunan sui-qəsdin ruslar yox, elə ukraynalılar tərəfindən həyata keçirilməsi,..əslində inandırıcı da görünə bilər.

Xatıarladaq ki, təkcə, arxada qalmaqda olan may ayında Zelensknyə qarşı ondan artıq uğursuz sui-qəsd həyata keçirildiyi bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə