İrlandiya XİN başçısı ölkəsinin İranda səfirlik açmaq niyyətini təsdiqləyib

İrlandiya Xarici İşlər naziri Simon Kouveni İranlı həmkarı Məhəmməd Cavad Zəriflə bazar günü Tehranda baş tutan danışıqlar zamanı ölkəsinin 2023-cü ildə İranda səfirlik açmaq niyyətini təsdiqləyib.

SİA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əldə edilmiş razılaşmalara görə, İrlandiya hökuməti İranda səfirlik açmaq üçün mərhələli şəkildə addımlar atacaq.

Qeyd edək ki, görüş çərçivəsində tərəflər, həmçinin, ikitərəfli problemləri, Yaxın Şərq bölgəsindəki vəziyyəti və nüvə razılaşmasını müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...