İstanbul Boğazı gəmilərin keçidi üçün ikitərəfli bağlanıb.

SİA xəbər verir ki, bu barədə Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əlverişsiz hava şəraiti səbəbilə görüntü məsafəsi azalıb və gəmilərin hərəkəti üçün təhlükəli şərait yaranıb. Bu səbəbdən yerli vaxtla 07:30-dan etibarən hərəkət məhdudlaşdırılıb.

Bölgədə qatı duman və sis hökm sürür.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...