Rusiyada koronavirusa yoluxanların sayı 746 mini ötdü

Rusiyada son bir gündə daha 6 422 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 746 369 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 156 nəfər artaraq 11 770-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 523 249 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 628 nəfər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...