Yunanıstanda mühacirlərlə polis arasında qarşıdurma: - 6 polis yaralanıb, 5 həbs

Yunanıstanın paytaxtı Afina yaxınlığında iki qaçqın düşərgəsinin olduğu Malakasa bölgəsində, mühacirlər əleyhinə bir qrup ilə polis arasında qarşıdurmanın olduğu bildirilib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Yunan mətbuatında yer alan xəbərlərə görə, Malakasadakı iki qaçqın düşərgəsini bağlamaq istəyən bir qrup yerli sakin düşərgələrin yerləşdiyi yerə getmək istəyib. Buraya yaxınlaşmağa icazə verilməyən qrup sonradan Afina - Lamiya yolunu nəqliyyata bağlamağa çalışıb.

İzdihamı dağıtmaq istəyən çevik polis alayı, onlara daş və çubuqlarla hücum edən nümayişçilərə göz yaşardıcı qazlarla müdaxilə etdi.

Baş verən hadisələrdə 6 polis əməkdaşı yaralanıb, 5 nümayişçi isə nəzarətə alındı.

Sözügedən düşərgədə təxminən 3 min mühacir olduğu bildirilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə