Türkiyədə koronavirusdan dünyasını dəyişənlərin ümumi sayı 1006-ya çatıb

Bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 98 nəfərin həyatına son qoyub. Bununla da dünyasını dəyişənlərin ümumi sayı 1006-ya çatıb. SİA xəbər verir ki, bu barədə son rəqəmləri Səhiyyə naziri Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlayıb. "Aprelin 10-da ölkə üzrə 30 min 864 nəfər xüsusi tibbi yoxlamadan keçirilib. Onlardan 4747-də infeksiya aşkarlanıb. İndiyədək testdən keçirilənlərin sayı 307 min 210 nəfərə çatıb. Ümumilikdə 47 min 29 nəfər müalicəyə cəlb olunub. Hazırda 1667 nəfər reanimasiyadadır. İndiyə qədər 2423 nəfərin müalicəsi uğurlu olub. Bu gün 281 nəfər tam sağalaraq xəstəxanalardan xaric olunub", - deyə o qeyd edib. Ölkə ictimaiyyətinə səslənən nazir diqqətə çatdırıb ki, havaların isinməsi insanları təmiz havaya cəlb etməkdədir. İnsanlar infeksiya təhlükəsinin məsuliyyətini daha da yüksək tutmalı, ünsiyyətdən uzaq durmalıdırlar. Türkiyə Böyük Millət Məclisinə müraciət edən F.Koca əminliklə bildirib ki, parlamentin yeni növ koronavirusla mübarizə üzrə qəbul edəcəyi qanun vətəndaşların mənəvi məsuliyyətinin hüquqi əsaslarla tənzimlənməsinə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...