Rusiya vətəndaşlarının gətirilməsi prosesini dayandırdı Bu gündən

Rusiya bu gündən etibarən vətəndaşlarının xarici ölkələrdən geri gətirilməsi üçün bütün beynəlxalq aviareyslərini və digər nəqliyyat daşıyıcılarının fəaliyyətini dayandırır. SİA xəbər verir ki, bu barədə RİA Novosti koronavirusla mübarizə məqsədi ilə yaradılmış operativ qərargaha istinadən yazır.

Qeyd olunur ki, bu qərar ölkədə yeni yoluxma hallarının artmasından sonra verilib.

Operativ qərargahdan bildirilib ki, xarici ölkələrdə yaşayan vətəndaşlarının bütün sosial tələbatları ödəniləcək. Bunun üçün XİN hökumətdən 500 milyon rubl alıb.

Bundan əlavə, ehtiyac yaranarsa, Rusiya vətəndaşlarının xarici ölkələrdə qalma müddətlərinin artırılması üçün onların sənədləşmə işləri aparılacaq.

Qeyd edək ki, dünyada koronnavirusa yoluxan insanların sayı milyonu keçib, 50 mindən çox insan isə həyatını itirib.

Rusiyada isə 4149 nəfər koronavirus xəstəsi aşkar olunub, onlardan 34 nəfəri ölüb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...