Süleymanini vuran amerikalı öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Qasım Süleymaninin sui-qəsd planını hazırlayan amerikalı öldürülüb. Publika.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olan Maykl Dandrea adlı şəxs ötən gün Əfqanıstanda qəzaya uğrayan ABŞ təyyarəsində olub.

Taliban terror qruplaşması Mərkəzi Kəşfiyyat İdarəsinə aid olan təyyarənin onlar tərəfindən vurulduğunu iddia edir. Lakin bununla bağlı hər hansı dəlil yoxdur.

Qeyd edək ki, "Qaranlıq şahzadəsi" ("Dark Prince") Maykl Dandrea Əl-Qaidə terror təşkilatının lideri Usamə bin Ladenin də sui-qəsdini hazırlayan şəxs olub. ABŞ-ın ən əhəmiyyətli casuslarından biri olan Dandrea 1979-cu ildə MKİ-yə qatılıb. Dandrea, İrandakı əməliyyatlarından sonra "Ayətullah Mayk" ləqəbi ilə tanınır.

Bütün xəbərlər Facebook səhifəmizdə