Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin öldürülməsində sabiq Fransa prezidenti Sarkozidən sonra indi də Suriyanın dövlət başçısı Bəşər Əsəd ittiham edilir. SİA-nın Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Əsədin Qəddafini fransızlara təslim etdiyi bildirilir.

Liviyanın hazırkı hakimiyyətinin nümayəndələri bildirirlər ki, Qəddafi Sarkozi hökumətinə bağlı agent tərəfindən öldürüb. İndi isə Qəddafinin fransızlara Əsəd tərəfindən satıldığı versiyası irəli sürülüb. İngiltərənin "Telegraph" qəzetinin yazdığına görə, Əsəd Qəddafini fransız kəşfiyyatına zaman qazanmaq üçün satıb.

Bütün xəbərlər Facebook səhifəmizdə