Ukrayna üçün kompensasiya mexanizmi üzrə danışıqlar...

Danışıqlarda 56 ölkədən nümayəndələr iştirak edir....

...Hollandiyanın Haaqa şəhərində Ukrayna üçün kompensasiya mexanizminin işə salınması ilə bağlı danışıqların yekun raundu Rusiya təcavüzünün qurbanlarına ödənişlər ediləcək.

SİA xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İrina Mudraya məlumat verib.

Rəsmi qeyd edib ki, sentyabrın 9-da Haaqada Ukrayna üçün kompensasiya mexanizmi üzrə danışıqların yekun raundu başlayıb və o, artıq yaradılmış Rusiya Təcavüzündən Zərər Reyestrinin əsasında fəaliyyət göstərəcək.

Onlarda 56 ölkənin, eləcə də Avropa İttifaqı və Avropa Şurasının nümayəndələri iştirak edir.

...Bu, dünya üçün bir sınaq olacaq: o, təcavüzkara deməyə hazırdırmı – “hər dağıdılmış həyat və hər dağıdılmış ev üçün ödəyəcəksən”.

Bunu İrina Mudraya deyib.

Bundan əvvəl o, bu mexanizm çərçivəsində zərərçəkmişlərin müraciətlərinə baxacaq kompensasiya komissiyasının 2026-cı ildə işə başlayacağını proqnozlaşdırmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə