ABŞ Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Səna və ətraf ərazilərində "Ənsar Allah" hərəkatına bağlı husilərin mövqelərinə və təlim düşərgələrinə 21 hava zərbəsi endirib. SİA “Al Arabiya”ya istinadla xəbər verir ki, hücumlar zamanı Sənanın şərqində yerləşən Əl-Haf bölgəsindəki silah anbarları da hədəfə alınıb. Bundan əlavə, husilərə məxsus “Əl Məsirə” telekanalı aprelin 19-da ABŞ qüvvələrinin Yəmənin Hudeyda limanı və hava limanına 13 hava hücumu həyata keçirdiyini açıqlayıb. Qeyd edək ki, ABŞ Yəməndə husilərə qarşı hərbi əməliyyatları martın 15-dən etibarən intensivləşdirib. O vaxtdan bəri keçmiş prezident Donald Trampın göstərişi ilə ölkənin təxminən üçdə birinə nəzarət edən üsyançı hədəflərinə ardıcıl zərbələr endirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə