Avtobus çaya düşdü - 26 nəfər öldü

Pakistanın şimalındakı Gilgit Baltistan bölgəsində sərnişin avtobusunun çaya düşməsi nəticəsində baş verən yol qəzasında 26 nəfərin həyatını itirdiyi təxmin edilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Dawn" qəzetinin məlumatına görə, Gilgit Baltistanın Diamer rayonundan polis məmuru Şer Xan dünən baş verən hadisə ilə bağlı açıqlama verib.

Xan, Pəncabın Çakval bölgəsi istiqamətində hərəkət edən avtobusun çaya düşməsi nəticəsində itənlərin ölümlərini bildirdiklərini və hadisədə ümumilikdə 26 nəfərin həyatını itirdiyini təxmin etdiklərini ifadə edib.

Qəzaya sürücünün yüksək sürət səbəbindən idarəetməni itirməsi nəticəsində baş verdiyini bildirən Xan avtobusun qaldırıcı kranın köməyi ilə çaydan çıxarıldığını bildirib. Xan cəsədlərin tapılması istiqamətində işlərin davam etdiyini və yerli əhalinin də işdə iştirak etdiyini bildirib.

İlkin məlumata görə, dünən Pakistanın şimalındakı Gilgit Baltistan şəhərindən toy mərasiminə gedən avtobusun Hind çayına çırpılması nəticəsində avtobusda olan 18 sərnişin həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə