Kursk vilayətində Ukrayna ilə sərhəddə 15 km-lik zonada yerləşən Rılski və Xomutovski rayonlarından əhalinin məcburi təxliyəsi elan edilib.
Təhlükəsizliyi təmin etmək üçün insanlar daşınacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu vilayət qubernatoru Aleksey Smirnov bildirib.
Təxliyyə təhlükəsizlik qüvvələri, yerli administrasiya və Kursk Patriot Mərkəzinin sayıqları tərəfindən əlaqələndiriləcək.
…Əziz həmvətənlər, sizdən xahiş edirəm ki, mövcud vəziyyətə anlayışla yanaşasınız və təhlükəsizlik qüvvələrinin və yerli hakimiyyət orqanlarının bütün tövsiyələrinə əməl edəsiniz.
Bunu Kursk vilayətinin başçısı öz teleqram kanalında yazıb.
Qeyd edək ki, bu günə qədər Rılski və Xomutovski rayonlarında 10 kilometrlik sərhəd zonası məcburi evakuasiyaya məruz qalmışdı.
Rus saytlarının yazdığına görə, Kursk vilayətində Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinin məhv edilməsi əməliyyatını davam etdirir. Avqustun 6-dan bu yana gedən döyüşlər zamanı Ukrayna ordusu 13,8 mindən çox hərbi qulluqçu və 1,6 min vahiddən çox hərbi texnika itirib.
Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 350-dən çox insan və 13 zirehli texnika təşkil edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə