Zelenski Xarkov yaxınlığındakı vəziyyəti şərh edib

...Ukrayna əvvəlcə Rusiya hərbi qüvvələrini bölgədən sıxışdırmasa, Xarkovu müdafiə edə bilməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Zelenski deyib.

Ukrayna prezidentinin bu barədə Hollandiyanın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı zamanı dediyi bildirilir.

Zelenskinin dediyinə görə, Rusiya qüvvələri “çox uzaqlara” geri çəkilməli olacaq.

...Sən və mən başa düşürük ki, rusları daha da geri itələməliyik. Xarkovu başqa yolla tam qorumaq çox çətin olacaq.

Rus saytlarının iddiasına görə, bunu da Zelenski bildirib.

Yeri gəlmişkən Ukrayna 2024-cü ildə Hollandiyadan iki milyard avro hərbi yardım alacağını gözləyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə