“Sırski hazırda Ukraynanın ehtiyac duyduğu qüdrətli komandirdir”

Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Ukrayna ordusuna NATO komandanlıq üsullarını tətbiq edib…

Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sirski Ukraynanı Rusiyanın işğalından müdafiə etmək üçün heç nədən əl çəkməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Britaniya ordusunun keçmiş polkovniki Riçard Kemp bildirib.

Qeyd edək ki, bu barədə cümə günü, fevralın 9-da Britaniyanın “The Sun” tabloidi məlumat yayıb.

Polkovnikin sözlərinə görə, Sırski hazırda Ukraynanın ehtiyac duyduğu qüdrətli komandirdir .

…Öz sələfi Valeri Zalujnı kimi, o, ölkəsini müdafiə etmək üçün hər cür səy göstərəcək.

Britaniyalı polkovnik deyib bunu.

Qeyd edək ki, Kemp həm Ukrayna Silahlı Qüvvələrinin əvvəlki baş komandanı Valeri Zalujnı, həm də Sırski ilə şəxsən görüşdüyünü bildirib.

…Zalujnı çox, çox populyar və çox bacarıqlı bir general idi. Amma Sırski ilə də tanış oldum və onun haqqında da eyni sözləri deyərdim. Ola bilsin ki, o, eyni dərəcədə populyarlıqdan həzz almasın, amma çox bacarıqlı generaldır.

Bunu da Britaniyalı polkovnik deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə