Ukraynalı jurnalist Rusiyanın işğal etdiyi ərazilərdə yoxa çıxıb

"Ukrayinska Pravda”nın müstəqil jurnalisti Viktoriya Roşçina Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisindən yoxa çıxıb. Bu barədə Beynəlxalq Qadın Media Fondu və “Ukrayinska Pravda” qəzetinin baş redaktoru Sevgil Musayeva (Özbəkistanda doğulan Krım tatarlarındandır-A.B.) “Daily Beast”ə şərhində bildirib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, iyulun 27-də Ukraynadan Polşaya gedən Roşçina, üç gün sonra Rusiya vasitəsilə Ukraynanın şərqinə çatmağı planlaşdırdı. O, sonuncu dəfə avqustun 3-də əlaqə saxlayıb. Daha sonra o, bir neçə gün sərhəd yoxlamasından keçdiyini söyləyib, lakin dəqiq harada olduğunu açıqlamayıb.

...O, cəsarətli jurnalistdir, cəsarət tələb edən ən mübahisəli mövzuları işıqlandırmağı öz üzərinə götürür. O, casus deyil, əsl jurnalistdir, işğal olunmuş torpaqlarda qalan insanların taleyinə biganə deyil. Onun öz hekayələrini söyləməsi vacibdir.Mən Ukrayna hakimiyyətini onun tapılması üçün hər şeyi etməyə, Rusiya hakimiyyətini isə jurnalist Viktoriya Roşçinanı dərhal azad etməyə çağırıram.

Musayeva bildirib bunu.

Yeri gəlmişkən, deyilənlərə görə, Roşçina Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını əvvəldən işıqlandırırmış.

2022-ci ilin martında jurnalist Federal Təhlükəsizlik Xidməti Berdyanskda saxlanılıb və 10 gündən sonra sərbəst buraxılmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə