“Nintendo” Rusiya filialının fəaliyyətini məhdudlaşdıracaq

Avropanın “Nintendo” şirkəti Rusiya filialının fəaliyyətini dayandırmaq qərarına gəlib. Şirkətin hələ də müştərilər qarşısında mövcud öhdəliklərini yerinə yetirməyə davam edəcəyinə baxmayaraq, amma Rusiyadan olan oyunçular artıq yeni hesablar yarada bilməyəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, “Nintendo” saytındakı mesajda deyilir ki, 2022-ci ilin əvvəlində şirkət Rusiyaya malların daşınmasını dayandırıb və ödəniş xidmətləri tərəfindən rublla əməliyyatların işlənməsinin dayandırılması səbəbindən “Nintendo eShop” rəqəmsal mağazası texniki xidmətə verilib.

Bununla əlaqədar, həmçinin iqtisadi proqnozları nəzərə alaraq “Nintendo of Europe” şirkəti Rusiyadakı filialının fəaliyyətini məhdudlaşdırmaq qərarına gəlib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə