Tümendə məhkəmə icraçıları fəalın 7 yaşlı qızını aparıblar

Tümendə məhkəmə icraçıları şəhər fəalı Olqa Qrişkovetsin 7 yaşlı qızını aparıblar. Verilən xəbərə görə, uşaq məktəbdən birbaşa sosial mərkəzə aparılıb və hətta anası ilə görüşə belə icazə verilmir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Moskva danışmır” teleqram kanalı yayıb.

Qeyd edək ki, icraçılar Qrişkovetsin qiyabi olaraq valideyn hüquqlarını məhdudlaşdırıldığını əsas gətirərək uşağı götürdüklərini bildirirblər.

Belə ki, ona telefonla hüquqların məhdudlaşdırılması üzrə məhkəmə barədə məlumat verilib.

Məhkəmə icraçıları qızının hansı əsasla əlindən alındığı məhkəmə qərarını da fəala göstərməyiblər: ofisdə ona sənədin cəmi beş günə hazır olacağı bildirilib.

Məhkəmə yerli mediaya bildirib ki, uşaq Əhalinin Sosial Müdafiəsi Departamentinin iddiası əsasında götürülüb.

Qeyd edək ki, ictimai fəal zorlama, məktəb həyatının rəqəmsallaşdırılması və şəxsi məlumatların toplanması ilə mübarizə apardığına görə, müntəzəm olaraq məktəb rəhbərliyi və təhsil şöbəsi ilə toqquşur.

O, hüquqların məhdudlaşdırılmasını sosial fəaliyyətə görə qisas və qorxutma yolu hesab edir.

Yeri gəlmişkən, bu, Qrişkovetsin qızını əlindən almaq üçün ilk cəhd deyil. Belə ki, ötən ilin fevralında uşaq bağçasının müəllimi qızın alnında qızartı görərək polisə müraciət etmişdi. Qızı döyməkdə anasını ittiham etməyə çalışsalar da, heç bir döyülməni qeydə ala bilməmişdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə