"Bu, son illər gördüyümüz ən böyük zəlzələlərdən biridir"

SİA-nın əldə etdiyi məlumata görə, bunu Hans Das Avropa İttifaqı Komissiyasının Fövqəladə Hallar Koordinasiya Mərkəzində Türkiyədəki zəlzələ və onun nəticələri zamanı axtarış-xilasetmə işlərilə bağlı jurnalistlərə müsahibəsində deyib...

Avropa İttifaqı (Aİ) Komissiyasının Türkiyədəki zəlzələlər üzrə fövqəladə hallar üzrə məsul əməkdaşı Hans Das "Bu, son illər gördüyümüz ən böyük zəlzələlərdən biridir" dedi.

Avropa Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları Mərkəzinin (ECHO) Fövqəladə Hallar üzrə direktoru H.Das Avropa İttifaqı Komissiyasının Fövqəladə Hallar Koordinasiya Mərkəzində Türkiyədəki zəlzələ və onun nəticələri zamanı axtarış-xilasetmə işlərilə bağlı jurnalistlərə müsahibəsində deyib: “Zəlzələ böyük və dağıdıcı idi. Bu, son illər şahidi olduğumuz ən böyük zəlzələlərdən biridir. Onun təsiri çox böyükdür, geniş əraziyə yayılıb. Bu, həqiqətən də faciədir.

Zərər çəkənlərə dəstək olmaq, Türkiyə və Suriyaya kömək etmək üçün əlimizdən gələni edirik. Zəlzələdən qısa müddət sonra Türkiyə səlahiyyətlilərindən zəng gəldi, axtarış-xilasetmə qruplarını səfərbər etdik, Aİ ölkələri bu çağırışa cavab vermək üçün cəld hərəkətə keçdi.

Kopernik Peyk Xidməti görüntüləri ayrıntılı, zərərin təsbiti və ölçüsünün müəyyən edilməsi baxımından çox faydalıdır. Bu görüntülər yolların vəziyyəti, kritik ilk saat və günlərdə yardım göndərilməsi baxımından əhəmiyyətli oldu. Biz peyk görüntülərini də Türkiyə səlahiyyətliləri ilə paylaşırıq ki, onlar yardım işlərində istifadə etsinlər.

Bizim AFAD-dakı (Fəlakət və Fövqəladə Hallar İdarəsi) həmkarlarımızla çox yaxşı əməkdaşlığımız var. Onlar yardım səylərini koordinasiya etməkdə əladırlar."

Bütün xəbərlər Facebook səhifəmizdə