Dövlətin Rəqəmsal Transformasiyası zamanı keyfiyyətli idarəçilik qərarlarının verilməsinə təsir edən bəzi aspektlər ELMİ MƏQALƏ

Günümüzün trendi ondan ibarətdir ki, hal-hazırda rəqəmsal texnologiyalar müasir cəmiyyətin bütün sahələrinin, və xüsusən də, idarəçilik qərarlarının işlənib hazırlanması sahəsinin inkişafının həlledici faktoruna çevrilmişdir. Lakin rəqəmsal texnologiyaların idarəçilik qərarlarının işlənib hazırlanması prosesində istifadəsindən danışmazdan əvvəl, bu anlayışın mahiyyətinə bir nəzər yetirmək gərəkdir.

Bugünkü gün barəsində şərhlər çoxluğuna baxmayaraq, rəqəmsal texnologiyaların ən universal təriflərindən biri – onların məlumatların elektron şəkildə toplanması, emalı, mühafizəsi, təhlili və ötürülməsi üçün alətlər olduğunu deyir.

Rəqəmsal texnologiyalar anlayışı üç aspektdə istifadə oluna bilər: tədricən tətbiq olunan (rəqəmsal təhsil, platformalar, ödənişlər və s.); yarıb keçən (süni intellekt, virtual reallıq, simsiz şəbəkə, əşyalar interneti və s.); yaxın gələcəyin texnologiyaları (ofis işləri, kvant hesablamaları, kriptovalyuta və digərləri).

Bu tərifi əsas götürərək rəqəmsal texnologiyaların rəqəmsal transformasiya zamanı dövlət idarəçiliyi sahəsində idarəçilik qərarlarının işlənib hazırlanması prosesində tətbiqinin bir sıra perspektiv istiqamətlərini aşkar etmək olar.

Bu gün dövlət rəqəmsal transformasiyanı əsasən üç istiqamət üzrə aparır:

- Xidmətlərin göstərilməsi üçün ilk öncə yeni rəqəmsal məhsulların yaradılması yolu ilə əhali ilə qarşılıqlı əlaqə;

- İlk növbədə daxili və idarələrarası qarşılıqlı fəaliyyətin təmin olunması üçün yeni platforma qərarlarının yaradılması ilə dövlət aparatındakı daxili proseslərin yenidən təşkili;

- Müəssisələrin rəqabətədavamlılığının yüksəldilməsi, şəffaflığın təşviqi və dövlət nəzarətinin səmərələliyinin artırılması yolu ilə iqtisadiyyatın möhkəmləndirilməsi.

Bəs idarəçilik qərarlarının işlənib hazırlanması prosesində rəqəmsal texnologiyaların tətbiqinin perspektiv istiqamətləri hansılardır?

İdarəçilik prosesində rəqəmsal texnologiyaların tətbiqinin perspektiv istiqamətlərindən biri sosial medianın, şəbəkələrin və messencerin istifadəsidir. Bu növ texnologiyalardan istifadə etməklə idarəçilik qərarının qəbulu prosesinin sıravi əməkdaşdan rəhbər işçiyə qədər bütün iştirakçıları gün ərzində əlaqədə ola bilərlər. Messencerlər informasiya mübadiləsinin sürətini və tempini dəfələrlə artıra bilər.

Ancaq bu perspektivin təkcə müsbət yox, mənfi tərəfləri də var. Rəqəmsal etikanın əsasları haqqında zəif təsəvvür, sosial şəbəkələrə xas qeyri-rəsmi ünsiyyət formatı və onlayn-müzakirələrin dəqiq reqlamentinin olmaması qərarların qəbulu prosesini ləngidə və informasiyanı təhrif edə bilər.

İnternetin və rəqəmsal texnologiyaların intensiv inkişafı vətəndaşları daha şüurlu etmiş, onların həyat fəaliyyətinə və ətraf-aləmə bilavasitə təsir edən idarəçilik qərarlarına maraq göstərməsinə səbəb olmuşdur.

Rəqəmsal texnologiyalar – vətəndaşların real zaman rejimində dövlət və bələdiyyə idarəçiliyində onlara aidiyyəti olan qərarlara təsir etməsi üçün gerçək imkandır. Bu kompromis tapılmasına yönəlmiş onlayn-diskussiyaların keçirilməsi yolu ilə vətəndaşların dövlət və bələdiyyə idarəçiliyi orqanlarının fəaliyyətində iştirakının rəqəmsal mədəniyyətinin formalaşdırılmasının başlanğıcı ola bilər.

Müasir dövlət və cəmiyyət aramsız dialoq aparmaq, vətəndaşlarla səmərəli qarşılıqlı əlaqəni təmin etmək imkanına malik olmalıdırlar – bu dövlətin ən mühüm vəzifəsidir. İdarəçilik qərarlarının fəhmə, ayıq düşüncəyə və qərar qəbul edən şəxsin dünyagörüşünə əsaslanan klassik işlənib hazırlanma metodları qərarların bu gün üçün zəruri səmərəlilyini və onların gerçəkləşdirilməsinin sürətini təmin edə bilmir. Eləcə də, əksinə, müxtəlif sorğuların aparılması, internet-toplumlarda, dövlət idarəçiliyi orqanlarının akkauntlarında rəy və fikirlərin toplanması gələcəkdə səmərəli idarəçilik qərarlarının işlənib hazırlanması prosesinin təməlinə qoyula biləcək bütün aktual məlumat massivini toplamağa kömək edəcək. Qərarların səmərəlilik səviyyəsi nəticə etibarilə o vaxt dəfələrlə artacaq ki, rəqəmsal texnologiyaların istifadəsi ilə qərarların işlənib hazırlanması və onların gələcək gerçəkləşdirilməsi mərhələləri arasında zaman kəsimləri daha da qısa olacaq.

Bu gün süni zəka həqiqətən rəqəmsal texnologiyaların prioritet istiqaməti sayılır, ki Azərbaycan da bunu mənimsəsə, özünün texnoloji sıçrayışını gerçəkləşdirə biləcəkdir. 2030 ilə kimi onun araşdırılması sahəsindəki nailiyyətlər nəinki gerçəkləşdirilməli, eləcə də nazirliklərin fəaliyyətinə tətbiq olunmalıdır.

Vətəndaşların idarəçilik qərarlarının işlənib hazırlanması prosesinə cəlb olunması rəqəmsal dövlətin “doğulmasının” ilkin şərti və tələbidir. Bunun mənası odur ki, rəqəmsal texnologiyalar təkcə qəbul olunan qərarların səviyyəsinin yüksəldilməsi üsulu deyil, o həm də cəmiyyət və dövlətin həyatını keyfiyyətcə tamamilə başqa bir səviyyəyə çıxarmaq imkanıdır.

Ancaq idarəçilik qərarlarının işlənib hazırlanması prosesinə rəqəmsal texnologiyaların tətbiq edilməsi özündə bir tək nəhəng potensial deyil, mümkün problemlər də daşıyır. Onların bəzilərini nəzərdən keçirək.

Kibercinayətkarlıq. Bu dünya səviyyəli ən ciddi və miqyaslı problemlərdən biridir. Kibercinayətlərin obyekti qismində müasir cəmiyyətin ən qiymətli resursu - informasiya çıxış edir. Yüksək cibercinayət təhlükəsi ilk öncə onun transmilliliyi ilə izah olunur. Kiberməkanda törədilən cinayətlər konkret ərazi ilə məhdudlaşmır və cinayət obyekti ilə fiziki kontakt tələb etmir. Özü də kibercinayətkarlar yüksək texnoloji və intellektual hazırlıq səviyyəsinə malikdir, ki bu da təhqiqat prosesini çətinləşdirir.

Təhsil sisteminin geriliyi. Bəzi nüfuzlu alimlər bütün təhsil sisteminin müasir meyllər nəzərə alınmaqla yenidən formalaşdırılmasına işarə edirlər. Hazırda təhsil sistemi rəqəmsallaşdırma templərinə ayaq uydura bilmir və nəticədə xeyli sayda dövlət və bələdiyyə qulluqçularının ixtisaslaşdırılması çağdaş tələb və trendlərə uyğun gəlmir. Dövlət qulluqçularının rəqəmsallaşdırma sahəsində rəqəmsal səriştəsinin təkmilləşdirilməsi üçün şəraitin yaradılması tələb olunur.

Kadr potensialı problemləri. Rəqəmsal texnologiyaların inkişafı robotexnikanın və süni zəka texnologiyalarının fəal tətbiqinə rəvac verir və bunun da nəticəsi əməkdaşların ştat miqdarının aşağı düşməsi və ayrı-ayrı peşə fəaliyyəti növlərinin aradan qalxması olur. Digər tərəfdən, rəqəmsal səriştəyə malik mütəxəssislərin tələb olunduğu yeni iş yerləri də təşəkkül tapır. Bu vərdişlərin siyahısının yetərincə geniş bir spektri vardır: rəqəmsal istedadlar, rəqəmsal təfəkkür və rəqəmsal savadlılıq, eləcə də emosional zəka, uzaqdan işləməyə və mütəhərrik qrafikə üstünlük verilməsi. Texnologiyaların inkişaf sürətini nəzərə alaraq, seçimin başlıca meyarı potensial qulluqçunun daimi təlimə uyğunlaşmaq məharəti və yeni bilikləri öz peşə fəaliyyəti sahəsində tətbiq etmək bacarığıdır.

Rəqəmsal bərabərsizlik. Rəqəmsal texnologiyaların tətbiqi prosesi regional və bələdiyyə idarəçiliyi səviyyələri arasında rəqəmsal potensialın istifadəsi imkanlarında uyğunsuzluğu qabarıq şəkildə nümayiş etdirir, çünki heç də bütün bölgələr və xüsusən də yerli hakimiyyət orqanlarının hamısında yetəri maliyyə resursları yoxdur. Bütün bunlar rəqəmsal tərəqqi səviyyəsindən və rəqəmsal iqtisadiyyatın tələblərindən geridə qalmağa səbəb olur.

Rəqəmsal hüquqi münasibətlər. Rəqəmsal texnologiyaların çox sürətli inkişafı qanunvericiliklə nizamlanmamış yeni ictimai münasibətlər növünün meydana çıxması ilə müşayiət olunur. Bu ana qədər hələ rəqəmsal hüquqi münasibətlərin hərtərəfli reqlamentasiyası üçün yetərincə hüquqi qüvvəyə malik, bircə dənə də olsun, normativ-hüquqi akt yoxdur. Bu, rəqəmsal hüququn yaradılması zərurətini ortaya qoyur.

Normativ-hüquqi tənzimləmə idarəçiliyin bütün sahələrinə aiddir, çünki qanunverici bazanın yaradılması ilə bağlı kompleks yanaşma mövcud deyil. Ancaq söhbət təkcə mövcud qanunverciliyin çağdaş gerçəkliklərdən güclü şəkildə geridə qalmasından getmir – sadəcə normativ bazanın dəyişdirilməsi templəri sürətləndirilməlidir.

Rəqəmsal savadlılığın yoxluğu. İdarəçilik subyektlərinin rəqəmsal texnologiyalar haqqında aşağı məlumatlılıq dərəcəsi çox vaxt qərarların işlənib hazırlanması üzrə onların öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirə bilməməsinə səbəb olur. Rəqəmsal savadsızlığın ardından yazı və parolların keyfiyyətsiz idarəolunması, antivirus proqramlarının vaxtsız yenilənməsi, proqram təminatının müqavimətsizliyi, spam-məktublara münasibətdə ehtiyatsızlıq gəlir. Problemin aktuallığı təkcə idarəçilik qərarlarının işlənib hazırlanması prosesindəki ləngimə və onun keyfiyyətinin aşağı düşməsindən deyil, həm də ondan irəli gəlir ki, qulluqçunun rəqəmsal texnologiyalar haqqında baza biliklərinin yoxluğu kibercinayətlərin törədilməsi riskini artıran faktorlardan biridir.

Beləliklə, rəqəmsallaşdırma şəraitində idarəçilik qərarlarının işlənib hazırlanması problemləri kibercinayətkarlıq təhdidləri, rəqəmsal bərabərsizlik, qanunverici bazanın və rəqəmsal hüququn olmaması, çağdaş tələblərə görə yetərincə inkişaf etməmiş təhsil sistemi, rəqəmsal mədəniyyət və savadlılığın olmaması, ixitisaslı kadrların çatışmazlığı ilə müşayiət olunan işsizlik təhdidləri ilə bağlıdır. Bununla yanaşı, bütün problem kompleksinin tez və zərərsiz həllinin mümkünsüzlüyü rəqəmsallaşdırma templərinin aşağı salınması və buna daha “hazırlıqlı” cəmiyyət sahələrinin seçilməsi zərurəti demək deyil.

PhD. Emin ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...