Kriştianu Ronaldu məhsuldarlıq üzrə unikal rekorda imza atdı

Kriştianu Ronaldu məhsuldarlıq üzrə unikal rekorda imza atdı

"Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının "Spetsiya" ilə matçında fərqlənib.

SİA xəbər verir ki, matç turinlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birini Ronaldu vurub.

Bu, 36 yaşlı portuqaliyalının A Seriyasının cari mövsümündə 20-ci qolu olub.

Ronaldu artıq 12-ci dəfədir milli çempionatlarda azı 20 qol vurur. Bu, müasir futbolda mütləq rekorddur.

Bütün xəbərlər Facebook səhifəmizdə