Yanvarın 18-dən “Avro-2020" Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək.
SİA-nın AFFA-ya istinadən məlumatına görə, ZOOM platforması üzərindən təkbətək olaraq keçiriləcək müsahibə mərhələsini uğurla tamamlayan könüllülər "Avro-2020" Bakı Könüllülər komandasına qoşulacaqlar.
Qeyd edək ki, müsahibə mərhələsində iştirak ilə əlaqədar UEFA Fame sistemi vasitəsilə könüllülərə onlayn dəvət göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə