Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək

18 Yanvar 2021 15:16 (UTC+04:00)

Yanvarın 18-dən “Avro-2020" Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək.

SİA-nın AFFA-ya istinadən məlumatına görə, ZOOM platforması üzərindən təkbətək olaraq keçiriləcək müsahibə mərhələsini uğurla tamamlayan könüllülər "Avro-2020" Bakı Könüllülər komandasına qoşulacaqlar.

Qeyd edək ki, müsahibə mərhələsində iştirak ilə əlaqədar UEFA Fame sistemi vasitəsilə könüllülərə onlayn dəvət göndərilib.