“Abşeron” qələbə əzmindədir

Fevralın 20-də "Şəfa" stadionunda futbol üzrə ölkə çempionatının I Divizionuna liderlik edən "Abşeron" yaxın izləyicisi "Rəvan"la qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, rəqibindən bir xal irəlidə olan "Abşeron" prinsipial matç öncəsi hazırlığını "Neapol" istirahət mərkəzində keçirir. Bu barədə məlumat verən klubun icraçı direktoru Zaur Musayev bildirib ki, çətin oyun öncəsi komandanın sakit məkanda toplaşması futbolçuların diqqətini oyuna daha çox cəmləşdirəcək. Komandada yüksək əhval-ruhiyyənin hökm sürdüyünü qeyd edən Z.Musayev xatırlatdı ki, "Abşeron" birinci dövrədə "Rəvan" üzərində 2:0 hesablı qələbənin davamını gətirmək əzmindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə