"Liverpul" və "Mançester Yunayted" qələbə qazanıb

İngiltərə Premyer Liqasında 27-ci və 30-cu turlardan təxirə salınmış üç oyun keçirilib. SİA-nın məlumatına görə, 27-ci turun oyunu Liverpulda baş tutub. Evində əzəli rəqibi "Everton"la qarşılaşan "Liverpul" rəqibinə 4:0 hesabı ilə qalib gəlib.

"Mançester Yunayted" evdə "Kristal Palas"ı 2:0, "Vest Hem" isə "Uatford"u 3:1 hesabı ilə məğlub edib.

20 aprel

İngiltərə Premyer Liqası

27-ci tur

"Liverpul" - "Everton" 4:0

Qollar: Origi, 43 (1:0), Sako, 45+2 (2:0), Staric, 61 (3:0), Koutinyo, 78 (4:0)
Qırmızı vərəqə: Mori, 50 ("Everton")

20 aprel

İngiltərə Premyer Liqası

30-cu tur

"Vest Hem" - "Uatford" 3:1

Qollar: Kerol, 11 (1:0), Nobl, 45-pen (2:0), 53-pen (3:0), Prödl, 64 (3:1)

"Mançester Yunayted" - "Kristal Palas" 2:0
Qollar: Dilaney, 4-avtoqol (1:0), Darmian, 55 (2:0)

Bütün xəbərlər Facebook səhifəmizdə