AZAL "Kəpəz"lə oyuna ciddi itkilərlə hazırlaşır. SİA-nın məlumatına görə, komandanın 3 üzvü zədədən əziyyət çəkir. Belə ki, Rail Məlikov, Kamal Mirzəyev və İlqar Ələkbərov məşqlərdə iştirak etmir. Kapitanla İlqar Ələkbərovun bu matçda forma geyinə biləcəyi gözlənilsə də, Kamal Mirzəyevin oyunu buraxacağı bildirilir.
Qeyd edək ki, AZAL - "Kəpəz" matçı aprelin 3-ü saat 15:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə