Güləş qaydalarında və çəkilərində dəyişiklik

Beynəlxalq Güləş Federasiyası tərəfindən yeni çəki dərəcələri müəyyənləşdirilib. Siasport.az saytının məlumatına görə, 2014-cü ilin yanvarından etibarən FİLA təqvim planı üzrə bütün yarışlar dəyişilmiş çəki dərəcələri üzrə keçiriləcək.

Sərbəst güləş: 57, 61, 65, 70, 74, 86, 97, 125
Yunan-Roma güləşi: 59, 66, 71, 75, 80, 85, 98, 130
Qadın güləşi: 48, 53, 55, 58, 60, 63, 69, 75

2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında isə güləşçilər 6 çəki dərəcəsində mübarizə aparacaqlar.

Sərbəst güləş: 57, 65, 74, 86, 97, 125
Yunan-Roma güləşi: 59, 66, 75, 85, 98, 130
Qadın güləşi: 48, 53, 58, 63, 69, 75


Yeniyetmə və gənc güləşçilərin çəki dərəcələrində isə dəyişiklik baş verməyib.

Bundan başqa güləş qaydalarında da bəzi dəyişikliklər təsdiqlənib. Texniki qələbə üçün sərbəst güləşdə 10 xal, yunan-Roma güləşində isə 8 xal fərqinə nail olmaq lazımdır. Sərbəst güləşçilər hər aşırma fəndinə görə 4 xal qazanacaqlar. Yunan-Roma güləşində rəqibi aşırma və nəzarətdə saxlama fəndinə görə 4 xal, rəqibə effektli fənd tətbiq etməyə görə 5 xal veriləcək. Ardıcıl iki 3 xallıq və bir 5 xallıq fənd görüşün başa çatması ilə nəticələnəcək. Yunan-Roma güləşində hesab 0:0 olarsa, sonuncu xəbərdarlıq alana məğlubiyyət veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə