DÇ-2022: 16 illik həsrətə son qoydular

İngiltərə yığması 16 il sonra dünya çempionatının qrup mərhələsini lider kimi bitirib. Qaret Sautqeytin komandası buna DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda nail olub.

SİA-nın əldə etdiyi məlumata görə, sonuncu dəfə İngiltərə millisi bunu 2006-cı ildə bacarıb. Britaniyalılar həmin vaxt 1/4 finalda Portuqaliyaya məğlub olaraq, mübarizəni dayandırmışdılar.

İngiltərə yığması DÇ-2022-nin pley-off mərhələsində Seneqal millisi ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə