Keçmiş MTN polkovnikinin həbsxanada ölüm səbəbi açıqlandı - RƏSMİ

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ləğv edilmiş Naxçıvan Muxtar Respublikası (MR) Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisi Zakir İsmayılovun ölüm səbəbini açıqlayıb.

Qurumdan SİA-ya verilən məlumatda bildirilir ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib.

Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Zakir İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...