Gədəbəydə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib - TƏDBİR

14 sentyabr 2021-ci il tarixdə “Anım Günü”nün keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət və fədakarlıq nümunəsi göstərərək Şəhidlik zirvəsinə ucalan gədəbəyli gənclərin ildönümü ərəfəsində Gədəbəy rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, idarə, müəssisə, təşkilat rəhbərləri və ağsaqqalların iştirakı ilə Gədəbəy rayonunun Maarif kəndində şəhid Məmişov Tural Tələt oğlu, Qoşablaq kəndində şəhid Əsgərov Hüseyn Ramiz oğlu və şəhid Quliyev Nofəl İlham oğlu, Xarxar kəndində şəhid Rüstəmov Vüqar Kamil oğlu və Çanaqçı kəndində şəhid Məmmədov Yasin İmran oğlu, İnəkboğan kəndində Şəhid Allahverdiyev Turxan Rəsul oğlu, Parakənd kəndində Şəhid Nağıyev Elfaq Azad oğlu və Şəhid Allahverdiyev Seymur Qərib oğlu, Gərgər kəndində Şəhid Həsənov Etibar Ələddin oğlu, Kiçik Qaramurad kəndində Şəhid Quliyev Mehtab Ənvər oğlu və Həsənov Tofiq Etibar oğlu və Arıqıran kəndində Şəhid Hüseynov Nəcəf İlqar oğlunun məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunub.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə