Qələbə əzmini tarixə yazmış Azərbaycan xalqı...

Mənfur Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı 30 ilə yaxın yürütdüyü düşmənçilik siyasəti və azərbaycanlıların öz tarixi ata - baba yurdlarını işğal etməsi ilə nəticələnən Birinci Qarabağ savaşının qisasını Vətən müharibəsində şanlı Ordumuzun və uca millətimizin qətiyyəti ilə Azərbaycan Respublikası qorxaq və hiyləgər Ermənistan üzərində əzmkar qələbə qazanmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 25 fevral 2021-ci il tarixində Bakının Ramana qəsəbəsində şəhid ailələrinə və müharibə əlillərinə mənzillər təqdim etmişdir. Torpaqlarımızın hər bir qarışının alınmasında igidlərimizin qan haqqı, can haqqı, min bir əzab əziyyəti var. Əlbətdə ki, ana vətən üçün tökülən bu qanlar halaldır. Şəhidlik elə bir zirvədir ki o zirvəni hər insan fəth edə bilmir. Vətən uğrunda şəhid olan, qazi olan hər bir gənc bizim üçün müqəddəsdir. Azərbaycan dövləti istər Birinci Qarabağ Savaşında, istərsə də Vətən müharibəsi zamanı şəhidlik, əlillik statusu almış hər bir vətəndaşının yanındadır. Dövlət tərəfindən şəhid və qazi ailələri daima xüsusi diqqət və qayğı ilə əhatə olunurlar. Buna bariz nümunə kimi qazilərimizin xarici ölkələrdə müalicəsi və onların protezlərlə təmin edilməsini göstərə bilərik. Eyni zamanda şəhid və qazi ailələrinin həyat şəraitinin sosial rifah halının yüksəldilməsi üçün ən mühüm işlər görülür. Onların ailələri yeni mənzillərlə təmin olunur, iş yerləri təklif olunur və bütün sosial-iqtisadi problemləri həll edilir.

Sakini olduğumuz Pirallahı rayonunda da bütün şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərilir. Rayon rəhbərliyi tərəfindən onların hər birinə ayrı-ayrılıqda həssaslıqla yanaşılıb, bütün problemlərinin həll edilməsi istiqamətində tutarlı və konkret işlər görülür. Pirallahı rayonunda aprel şəhidinin ailəsi təmirli yeni mənzillə təmin edilmişdir. Bütün bu kimi statusu olan ailələr ev növbəsinə götürülmüş gələcəkdə hər biri evlə təmin ediləcəkdir.Şəhid ailələrinə, əlillərə və imtiyazlı təbəqələrə bütün əlamətdar günlərdə, bayramlarda Heydər Əliyev Fondu tərəfindən sovqatlar paylanıllır, hər bir şəhid ailəsi ziyarət edilərək xüsusi qayğı ilə əhatə olunur. “YAŞAT” fondu tərəfindən rayonumuzda olan Vətən müharibəsi iştirakçılarına hər zaman maddi və mənəvi yardımlar göstərilmişdir. Qalib Ali Baş Komandanın əmri ilə şanlı Ordumuz tarix yazaraq öz qədim tarixi torpaqlarını yağı düşməndən azad etmişdir Bu qələbədə bütün Azərbaycan övladları kimi rayonumuzun da gənclərinin payı olmuşdur. Bu qələbədə rayonumuz da 2 şəhid, 5 qazi vermişdir. Biz hər birimizin vətəndaşlıq borcudur ki, vətənimizin azadlığı uğrunda canından keçən igidlərimizin bütün probleri ilə yaxından maraqlanmalı onun həlli yolunda əlimizdən gələni əsirgəməməliyik.

Azərbaycan əsgəri erməni əsgərindən fərqli olaraq haqq üçün vuruşmuşdur. Öz tarixi torpaqlarından erməni dığalarını qovub çıxarmaq üçün vuruşan ləyaqətli bir missiyanı yerinə yetirən əsgərimiz tarixə adını qızıl hərflrlə yazaraq evinə zəfərlə qayıtmışdır. Bu Haqq davasında hər bir zabitimizə,əsgərimizə, gizirimizə minnət borcumuz var. Ən yüksək rütbəli generaldan əsgərimizə qədər zəhməti olan hər vətən övladının qarşısında baş əyirik. Şəhidlərimizin ruhunu daima etimadla yad edəcəyik! Bu bizim onlara olan vəfa borcumuzdur.

Onu da vurğulamaq lazımdır ki Azərbaycan Respublikası Ermənistandan fərqli olaraq məsuliyyətli ölkəsidir. Vətən müharibəsi zamanı erməni hərbçiləri mülki əhalinin yaşadığı şəhərlərimizi ağır artreliyadan atəşə tutmuş, bunun nəticəsində Gəncədə, Bərdədə, Mingəçevirdə, Tərtərdə çoxlu sayda vətəndaşımız həlak olmuş və evləri dağıdılmışdır. Ermənistan təxribatları bütün müharibə dövrü davam etdirmiş, düşmən hərbi hava qüvvələri tərəfindən hətta paytaxt Bakı şəhəri hədəf alınmaqdan belə çəkinməmişdir.Azərbaycan Ordusu heç vaxt belə təhrikedici təxribatlra uymayıb öz haqlı mövqeyində sərhədlərimizdə dayanmışdır. Zaman zaman Ermənistan xristian təssübkeşliyindən dolayı silahlandırılmışdır. Bu münaqişənin həlli üçün uzun müddət ATƏT-in Minsk qrupu fəaliyyət göstərmişdir, lakin bu təşkilatın apardığı fəaliyyətin heç bir rolu olmamışdır. Bunun üçün də Azərbaycan öz torpaqlarını erməni işğalından azad etmək üçün müharibə variantını seçmişdir. Bu haqq davamızda da bizi Türkiyə, Pakistan, Ukrayna və digər dünya dövlətləri dəstəkləmişdir. Bizə Haqq davamızda mənəvi dəstək verən hər bir dövlət bizim dostumuzdur. Tarix onu subut etdi ki Haqq incilər amma üzülməz prinsipi həqiqətdir. Biz Ermənistan dövləti üzərində qəti və əzmkar qələbə çalaraq onları öz yerlərində oturtduq. Bu gün də Ermənistanın daxilində ictimai-siyasi və sosial vəziyyət gərgindir. Bizim dədə-baba torpaqlarımıza göz dikən erməni xislətinin son aqibəti bax belə olmalıdır. Bu İlahi bir ədalətdir. Yaşasın Ali Baş Komandan! Yaşasın Şanlı Ordumuz! Yaşasın Azərbaycan Xalqı!

Anar Babayev,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə