Bu il dünya birliyi tarixində misli görülməyən virusla, COVİD-19-la qarşılaşmışdır ki, bu da bütün dünya dövlətlərini bu qlobal təhlükəyə qarşı birgə, həmrəy olaraq mübarizə aparmağa sövq etdi. Bu baxımdan heç bir dövlətin hazır olmadığı COVİD-19 koronavirusunun yaratdığı problemlər Azərbaycandan da yan keçməmişdir.

Mart ayından başlayaraq Prezident İlham Əliyevin düzgün, effektiv böhran idarəçiliyi modeli tətbiq edərək müəyyənləşdirdiyi davamlı və ardıcıl kompleks tədbirər hesabına COVİD-19-la mübarizədə mühüm əhəmiyyət kəsb edən addımlar atılmış, bir sıra uğurlar əldə edilmişdir. Həmçinin xalqın birliyi və həmrəyliyi, bu məsələlərdə dözm və səbr nümayiş etdirərək Cənab Prezidentin “Biz Birlikdə Güclüyük” devizinə əməli töhfə verməsi nəticəsindəAzərbaycan bu mübarizədən üzü ağ və az zərərlə çıxmışdır.

Eyni zamanda ölkə başçısı COVİD-19 pandemiyasına qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatı və dünyanın bir çox ölkələrinə müxtəlif formalarda yardımlar göstərmişdir. Fərəhləndirici haldır ki, öz fəaliyyətini ÜST-ün tövsiyələri əsasında quran Azərbaycan hökumətinə elə pandemiyanın ilk günlərindən görülən işlərə görə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymət verilmişdir.
Lakin, koronavirusun birinci dalğası ilə mübarizədən qalib kimi çıxsaq da, bu bəlanın ikinci dalğası hələ də davam etməkdədir.

Bu gün koronavirus pandemiyası qlobal xarakter daşımaqla bütün dünya xalqlarının təhlükəsizliyini təhdid edir. Təəssüf ki, hal-hazıra kimi nə milli, nə də qlobal səviyyədə bu virusa qarşı mübarizədə effektiv bir vasitə tapılmayıb. Bütün dünyada hamının, o cümlədən ölkəmizin və vətəndaşlarımızın tezliklə bu təhlükəli virusa qarşı effektiv bir vasitənin artıq vaxt itirmədən tapılmasına ehtiyacı var.

COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dövlət və hökumət başçılarının BMT Baş Assambleyasının Xüsusi Sessiyası çərçivəsində təcili bir araya gəlməsinə, vəziyyətdən çıxış və həll yollarının tapılmasına böyük ehtiyac, ciddi tələbat var.Onu da qeyd edim ki, aprel ayının 10-da Türk Şurasının videokonfrans vasitəsi ilə fövqəladə Zirvə görüşündə Cənab Prezidentin xüsusi vurğuladığı kimi “Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır” fikri bu gün də öz aktuallığını saxlayır və doğrudan da dünyanın yeni çağırışlara ehtiyacını zəruri edir.

Bu baxımdan daim qlobal təşəbbüslərlə çıxış edərək öz humanistliyini nümayiş etdirən Prezident İlham Əliyev bir daha regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəxalq həmrəyliyin gücləndirilməsi məqsədilə noyabr ayında zəruri təşəbbüslə çıxış etmiş və bunun nəticəsində 3-4 dekabr 2020-ci il tarixlərində BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilməsi haqqında qərar qəbul edilmişdir.
Sessiyada Baş Assambleyanın, İqtisadi və Sosial və BMT Təhlükəsizlik Şuralarının Prezidentlərinin, BMT-nin Baş Katibinin və Qoşulmama Hərakatının Sədri olan Azərbaycan Respublikası Prezidentinin çıxışları nəzərdə tutulmuşdur.

Şübhəsiz ki, bu Xüsusi Sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaratmaqla, bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət tövsiyəsini verəcək. Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycanın və onun siyasi rəhbərliyinin məntiqi, düşünülmüş addımı kimi qiymətləndirilməlidir.
İnanıram ki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqıişğalçı Ermənistan üzərində tariximizə qızıl hərflərlə yazılmış möhtəşəm Qələbə ilə yanaşı, dünyanı lərzəyə salan COVİD-19 pandemiyasına da qalib gələcəkdir.

Məzahir Əfəndiyev,

Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...