Haqq yolunda addımlayanın köməyi çox, düşməni yox olar! - ŞƏRH

“Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu təsdiqlədilər

Artıq dünya birliyi, nəhayət ki, Ermənistanın beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda davam etdiyinin, sülh, atəşkəslə bağlı çağırışlara məhəl qoymadığının şahidi olur. Şahidi olurlar ki, işğalçı dövlətinin ordusunun sərhədboyu ərazilərdə ağılasığmaz qəddarlıqlar nəticəsində minlərlə dinc azərbaycanlı həlak olub, kəndlər, qəsəbələr, taixi-mədəni abidələr viran edilib.

Dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır. Doğrudur, bəzi beynəlxalq təşkilatlar bu reallığı görmürdü, lakin bu gün “Amnesty International”, “Human Rights Watch” və digər təşkilat və xarici nəşrlər ermənilərin Bərdə terrorunda kaset bombalardan istifadəsini təsdiqlədi. Bildiriblər ki, oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə, xəstəxananın yaxınlığındakı yaşayış sahəsinə bir ya bir neçə “Smerç” raket atılıb. Azərbaycan Respublikasının Baş Prokuroluğu raket zərbəsi zamanı azı 21 nəfərin həlak olduğunu, 70-ə yaxın şəxsin yaralandığını bildiriblər.

Mariya Struters: “Yaşayış məntəqələrinin kaset döyüş sursatları ilə atəşə tutulması insanların həlak olması, yaralanması, əzab çəkməsina səbəb olan qəddar və məsuliyyətsiz əməldir”

“Amnesty International”ın ekspertləri fotomüxbir tərəfindən çəkilmiş, 9N235-in kaset döyüş sursatlarının fraqmentləri təsvir edilmiş şəkillərin doğruluğunu təsdiq ediblər. “Yaşayış məntəqələrinin kaset döyüş sursatları ilə atəşə tutulması insanların həlak olması, yaralanması, əzab çəkməsina səbəb olan qəddar və məsuliyyətsiz əməldir”, - “Amnesty International”-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mariya Struters bildirib.”Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərinin yaşayış məntəqələrini qadağan edilmiş kasset döyüş sursatları ilə atəşə tutub”. Bu barədə “VICE News” nəşri bildirib.

Nəşrin jurnalistləri oktyabrın 28-də baş vermiş hücumdan bir neçə saat sonra araşdırma aparıblar və “Smerç” raketindən atılmış döyüş sursatlarının qalıqlarını aşkarlayıblar.

Karlotta Qell: “Cəbhə xəttindən xeyli uzaqda yerləşən Bərdəyə hücum münaqişənin eskalasiyasının nəticəsidir”

“The New-York Times” nəşrində də erməni silahlı qüvvələrinin Azərbaycanı növbəti dəfə raket atəşinə tutması, erməni təcavüzü və Azərbaycanın işğal edilmiş ərazilərində hazırda davam edən hərbi əməliyyatlar barədə məqalə dərc edilib. Qəzetin Ermənistan tərəfindən raket atəşinə məruz qalmış bir qrup jurnalisti Azərbaycanın dinc əhalisinə qarşı hücumu təsvir edib.

Jurnalist Karlotta Qell yazır ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, lakin cəbhə xətti Bərdədən 20 mil uzaqdadır. Həmin ana qədər bu rayonda sakitlik idi. Reportyor daha sonra raket zərbəsinin dəhşətli nəticələrini və yaralı dinc sakinlərin yaxınlıqdakı özəl poliklinikanın zirzəmisinə çatdırılmasını təsvir edir.
1988-ci ildə başlanmış silahlı münaqişə nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi işğal edilib, bir milyona yaxın azərbaycanlı öz evlərindən qovulub. Cəbhə xəttinin yaxınlığında yerləşən bir sıra yaşayış məntəqələri demək olar ki, hər gün raket zərbələrinə məruz qalır. Cəbhə xəttindən xeyli uzaqda yerləşən Bərdəyə hücum münaqişənin eskalasiyasının nəticəsidir.

Qell Bərdənin mərkəzində yaranmış kədərli mənzərəni belə təsvir edir: "Dağıdılmış maşınlar qeyri-standart istiqamətdə dayanmışdı. İki maşında olan cəsədlərin üzərinə adyal örtülmüşdü. Digər avtomobilin yanında bir cüt ayaqqabı görünürdü. Yola tökülmüş qan ətrafı qara rəngə boyamışdı. Havadan partladıcı maddə iyi gəlirdi».
Bərdə şəhərinin mərkəzinə raket zərbəsi nəticəsində 21 nəfər həlak olub, daha 70 nəfər yaralanıb. Qell yazır ki, hakimiyyət orqanlarının məlumatına görə, kasetli bombalar yayan raketlər "Smerç" tipli yaylım atəşi sistemindən atılıb. Açıq sahələrdə ordulara qarşı istifadə edilmək üçün nəzərdə tutulan kasetli bombalar yaşayış rayonlarında mülki əhali üçün çox təhlükəlidir. Ona görə də dünyanın əksər ölkələrində bu silahdan istifadə edilməsi qadağan olunub. Bax, budur haqq, ədalət.

Prezident İlham Əliyev: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”

Ali Baş Komandanımız bildirib: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.

“Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət”,- deyən dövlət başçımız bildirib ki, onlar həmişə qorxaq, səviyyəsiz olublar: “Hətta atəşkəsin Ermənistan tərəfindən pozulması aydın olduqda belə. Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Vaşinqtonda atəşkəs razılaşdırıldıqdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar. Axı, atəşkəs barədə yalvaran onlar idi. Moskvada da, indi də Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur”.

Düşmən törətdiyi bütün cinayətlərinə görə mütləq cavab verəcək

Bəli, bu reallıqdır. Artıq dünənən qədər onları dəstəkləyən bəzi beynəlxalq təşkilatlar da peşimançılıq çəkirlər və görürlər ki, Azərbaycan haqq yolundadır. Məhz bu qələbə Azərbaycan xalqının, əsgərinin əzmi, xalqına, torpağına, Vətəninə, öz Prezidentinin, Ali Baş Komandanının yanında olması, Onun hər sözünə, bütün qərarlarına sadiqliyinin reallığıdır! Məhz bu gün düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olur. Bunu nəinki erməni xalqı, bütün dünya gördü və görür.
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, “nə qədər gec deyilsə, düz yola gəl» və məsələnin sülh yolu ilə həllində verilən axırıncı şansdan istifadə et…Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

Bəli, haqq, ədalət həmişə qalib olur! Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: “Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə