Dünya ölkələri və Azərbaycan qlobal pandemiyadan və təhlükədən necə qorunur?

Koronavirus pandemiyası səngimək bilmir. Hansı faktlar ortaya çıxır? Niyə dəhşətli xəstəlik səngimir? Fikrimcə dünya ölkələrinin məhsuliyyətsizliyi böyük rol oynayır. Dünyada koronavirus statistikasına baxanda vəziyyət əlbbətdəki, ürək açan deyil . İqtisadi cəhətdən güclü olan dövlətlər özünə arxayın yanaşaraq Həkim potensialı vaxtında bu pandemiyaya qarşı ciddi hazırlanmadı və nəticədə böyük səhvlər ucbatından 100 minlərlə insan yoluxucu xəstəliyə ducar oldu.

Çində yaranan bu virus Avropaya transfer edən zaman nə insanlar, nə də həkimlər buna ciddi yanaşmadılar və vətəndaşlarla ünsiyyət edərək adi qripoz siptomlar kimi sadə yanaşdılar və vaxtında təhlükəni hiss etmədən yüzlərlə həkim həyatını itirdi. İlk günlərdən Avropa vətəndaşları təhlükəni hiss etmədilər , laqeyd yanaşdılar .Vətəndaş həkimlərə müraciət etdikdə heç bir qoruyucu tibbi vasitələrdən istifadə etmədən yüzlərlə insanı yoluxdurdular. İtaliya insan itkisinə görə bir zamanlar koronavirusun “beşiyi”i sayılan Çini ötüb. Elə təkcə ötən gün ərzində bu ölkədə koronavirusdan 1889 nəfər ölüb, minlərlə italiyalı yeni virusa yoluxub. Bununla yanaşı, qədim köhnə aparıcı dövlətlərindən birinin 12 384 vətəndaşı virusdan sağalaraq yenidən həyata qayıdıb. İtaliyada 92 mindən çox insan virus daşıyıcısıdır. O ki qaldı, həkimlərin qarşısında çarəsiz qaldığı xəstələrə, onların da sayı yüksəkdir – virusdan ölənlərin sayı 10 023 nəfərə çatıb. Qitə olaraq yeni növ koronavirusun yayılması səbəbindən ölüm və yoluxma halları Avropa qitəsində yüksəkdir – 286 mindən çox yoluxma, 16 mindən çox ölüm.

Mütəxəssislər iddiasına görə, 1 nəfər koronavirusa yoluxarsa, 400 nəfər ardıcıl yoluxma təhlükəsi yaranır. Ona görə də həkim –vətəndaş məsuliyyəti böyük rol oynayır. Maraqlı faktıdır ki , Amerika son super dövlət olaraq, səhiyyə baxımından güclü sayılan və bir sıra ağır xəstəlikləri dəf etməyi bacaran sayılıb seçilən ölkələrdəndir. Belə ki, son vaxtlar COVID-19 infeksiyasına ən çox məhz bu ölkənin vətəndaşları yoluxurlar. Təkcə son 10 gündə Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan bir sakin vəfat edir. Nyu-York koronavirus qurbanlarının sayına görə Amerika şəhərləri arasında liderdir. Amerika Birləşmiş ştatlarının statistikasına baxanda , təhlükəli mənzərənin şahidi oluruq və nəticədə ABŞ-da daha çox yoluxanların sayına görə dünyada 1-ci yeri tutduğunu görürük. Bununda səbəbi ABŞ–da təhlükəli vəziyyəti vaxtında nəzarətə almadığına görə acınacaqlı vəziyyətlə üzləşdi. Beləliklə, virus təhlükəsi ABŞ-n demək olar ki, əksər ştatlarına yayıldı.

Qeyd etmək lazımdır ki, ABŞ-n qonşu olan dövlətlərədə Meksika, Braziliya, Havanna, Venesuella kimi ölkələrədə yayıldı. Dünyanı bürüyən bu xəstəlikdən ölənlərin sayı dayanmadan artır. Təəsüflər olsun ki, dünyanın super dövləti ABŞ Prezidenti milyardlarla vəsait ayırsada effektiv mübarizə apara bilmədiyini görürük. Nəticə ehtibarı ilə virus yayıldıqca dünyanın ən inkişaf etmiş ölkələri İtaliya, İspaniya və digər ölkələr öz vətəndaşlarını və həkimlərini təhlükədən qoruya bilmədilər. On minlərlə insan həyatını itirdi və yüz minlərlə insan öz həyatının mübarizəsindədir.

Bizim ölkəmizə gəldikdə isə dövlət başcısı İlham Əliyev vaxtında qabaqlayıcı tədbirlər görməsəydi və ölkənin qapılarını vaxtında bağlamasaydı, sosial özünütədric aksiyasını planlaşdırmasaydı, sözsüz ki, bizi böyük bəlalar, təhlükələr gözləyirdi. Xoşbəxtliyimiz bundadır ki, qabaqlayıcı tədbirlərin nəticəsində sağlamlığımızı qoruyuruq. Cənab Prezidentin göstərişi ilə 2 həftə ərzində Kimya Sənaye parkında maska istehsalı üçün şəraiti yaradılması bir daha sübut edir ki, vətəndaşlarımızın sağlamlığı üçün bütün tədbirlər görülür. Biz vətəndaşlarda öz növbəmizdə həkimlərə dəstəyimiz və təhlükəsizliyimiz üçün evdə qalmaqla və digər qoruyucu vasitələrlə təmin etməklə, sağlam qalmaq şansımız böyükdür. Əgər başqa dövlətlər kimi bu təhükəyə biganə qalsaydıq, bizidə də böyük bəlalar gözləyə bilərdi. Əminəm ki, dünya dövlətləri sırasında bu mübarizədə Azərbaycan nümunəvi ölkə kimi tanınacaq.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə