Artıq vətəndaşlar ayda 100-150 manat ödəməklə mənzil sahibi ola biləcəklər. Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması ilə buna start verilib. Yeni yaradılan qurumun əsas funksiyası aztəminatlı ailələrin mənzil probleminin həlli məqsədilə sosial yönümlü binaların tikintisi olacaq. Ölkə əhalisinin təxminən 60 faizinin ya evsiz, ya da mənzil şəraiti əlverişsiz olduğunu nəzərə alsaq, sosial mənzillərin tikintisinin nə qədər vacib bir məsələ olduğunu görərik.

Sosal mənzillərdən sadəcə aztəminatlı ailələr yararlana biləcək. Agentliyin inşa etdiyi çoxmərtəbəli yaşayış binaları Türkiyə modelindəki kimi əsasən ekonom mənzillərdən, yəni 2 otaqlı, sahəsi təxminən 50 kvadrat/metr olacaq. Vətəndaşlar ayda 150 manat ödəməklə belə bir mənzilə sahib ola biləcək.

Yeni agentlik tərəfindən mənzillərin tikilməsinin bütövlükdə ölkə iqtisadiyyatına müsbət təsir edəcəyi proqnozlaşdırılır. Yeni bir binanın tikilməsi onlarla vətəndaşın işlə təmin olunması deməkdir.

Sosial mənzillərin tikilməsinin əmlak bazarındakı qiymətlərə də təsir göstərəcəyi proqnozlaşdırılır. Çünki bu zaman bazardakı alıcıların bir qismi sosial mənzillərə üstünlük verəcək. Nəticədə mənzil satanlar qiymətləri aşağı salmağa məcbur olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə