İnstitutun adı dəyişdirildi FOTO

Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq institutunun adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Heyvandarlıq İnstitutu adlandırılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, institutda keçirilən müşavirədə bununla yanaşı, həyata keçirilməsi nəzərdə tutulan yeni planlar müzakirə olunub. Yeni qərara əsasən, Heyvandarlıq İnstitutunun fəaliyyət sahəsi də genişləndiriləcək. Artıq Ağdam və Ağstafa Atcılıq zavodları qurumun tabeliyinə verilib. Damazlıq heyvanların seleksiyasının aparılması üçün yaxın zamanda 300 başlıq qoyunçuluq, 200 başlıq qaramal və 10 min başlıq quşçuluq ferması yaradılacaq. Həmçinin institutda elmi işlərin daha müasir formada aparılması və respublikada ilk dəfə olaraq rüşeymin transplantasiyası üçün yüksək standartlara cavab verən laboratoriyalar yaradılacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə