Türkiyənin məşhur "Kalk Gidelim" serialında Azərbaycan haqda bəhs edilib.
SİA-nın məlumatına görə, TRT-də yayımlanan ekran işində Azərbaycanın işğalçı Ermənistanla savaşından söz açılıb.
Serialın 125 bölümündə Seyfeddin Dal obrazını canlandıran aktyor Ufuk Özkan bu sözləri deyib:
"Cümhuriyyət rahat qurulmadı. Türk 1920-də də vətənini müdafiə etdi, indi də edir. Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız bir mübarizə içindədir. 30 illik zülmə bəsdir deyirlər. Davalarında haqlıdırlar. Bunu bütün dünya belə bilsin".
Daha sonra isə ekran işində Xalq artisti Azərinin "Çırpınırdı Qara dəniz" mahnısı səsləndirilib.

https://m.youtube.com/signin?context=popup&feature=wl_button&next=https%3A%2F%2Fwww.youtube.com%2Fpost_login

Bütün xəbərlər Facebook səhifəmizdə