100 mindən çox Rusiya vətəndaşı hərbi xidmətə çağırılacaq - Putin yeni fərman imzaladı

Ukrayna ərazisinin təxminən 15 faizini ilhaq edən Rusiya prezidenti Vladimir Putin daha bir kritik fərman imzalayıb. SİA xəbər verir ki, Rusiya prezidenti 120 min Rusiya vətəndaşının payızda hərbi xidmətə çağırılması ilə bağlı yeni fərman imzalayıb.

Rusiya Ukraynada hərbi əməliyyatlarını davam etdirərkən, Rusiya ordusunun hərbi gücü artmaqda davam edir. Ötən həftələrdə qismən səfərbərlik qərarı ilə ölkədə 300 min ehtiyatda olan hərbçinin iştirakına dair sərəncam imzalayan Rusiya prezidenti Vladimir Putin, payız çağırış dövrü üçün 120 min nəfərin hərbi xidmətə götürülməsi üçün yeni fərman imzalayıb. Digər tərəfdən, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəis müavini kontr-admiral Vladimir Tsimlyanski, payız çağırışları dövründə hərbi xidmətə çağırılacaq şəxslərin Rusiya Federasiyası ərazisində xidmət edəcəyini və Ukraynadakı hərbi əməliyyatlar zamanı 120 min əsgərin cəbhəyə göndərilməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə