Azərbaycanlıların deportasiyası nə zaman sonlanacaq? - MİLLƏT VƏKİLİ AÇIQLADI

“Azərbaycan türkləri etnik soy köklərinə görə bir neçə dəfə öz yurdlarından didərgin düşməklə bağlı böyük bir siyasətin qurbanına çevrilmişik”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Ramil Həsən bildirib.

Onun sözlərinə görə, 1813-1828-ci illərdə imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra azərbaycanlıların öz dədə-baba torpaqlarına köçürülməsi və ermənilərin süni şəkildə indiki Ermənistan ərazisinə köçürülməsi baş tutmuşdur: “100 illər ərzində azərbaycanlılar indiki Ermənistan respublikasındakı oborgenləri olan biz azərbaycanlılar əhalinin 80 faizini təşkil etməyimizə baxmayaraq 1918-1920, 1948, 1988-ci illərdə baş tutan köçürülmə prosesi nəticəsində azərbaycanlılar tamamilə öz yerlərindən didərgin düşmüşdülər və bu gün Ermənistan ərazisində bir dənə də azərbaycanlı yaşamır. Ümumilikdə beynəlxlaq hüquqa görə geri qayıtmaq hüququ insan hüquqları üzrə universal dəyərlərin 13.2 bəndində açıq və aydın şəkildə insanların öz ölkəsinə qayıtmaq hüququ var deyə xüsusi şəkildə vurğulanıb. Mülki və siyasi hüquqlar üzrə beynəlxalq panktın 12-ci bəndi, qaçqınların hüquqlarına dair konvensiya, BMT Baş Assembileyasının 1948-ci ildə qəbul etmiş olduğu 98 nömrəli qətnaməsi və s. digər beynəlxlaq aktlara da baxdığımız zaman hər bir qaçqının öz ölkəsinə və yurduna qayıtmaq hüququ beynəlxalq hüquqda da özünü göstərir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi hər bir azərbaycanlı Şərqi Zəngəzura, Göyçə mahalına, İrəvana qayıtmaq hüququ var və bu, mütləq şəkildə həyata keçiriləcək. Bütün proseslərə baxdığımız zaman 1988-ci ildə doğma yurdundan qovulmuş azərbaycanlıların tərəfindən təşviq edilmiş, 1992-ci ildə Azərbaycanın Ədliyyə Nazirliyində qeydə alınmış Azərbaycan qaçqınlar cəmiyyətinin uzun müddət fəaliyyətindən sonra məhz qaçqınlar cəmiyyətinin bazası əsasında Qərbi Azərbaycan icması yenidən formalaşdırmaqla bağlı bir təşəbbüs irəli sürülmüşdür. Bu təşəbbüsdə Azərbaycan tərəfindən müsbət qarşılanıb. Bütün azərbaycanlılar hər bir siyasətdə dövlətimizin və liderimizin yanında olaraq Qarabağ torpaqlarımızı 30 illik bir işğaldan qurtararaq vətən savaşında qələbə salnaməsinə imza atmışıq. Bu gün artıq biz öz fikirlərimizi söyləməkdə fəxarət hissi keçirdirik. Azərbaycan prezidentinin də vurğuladığı kimi, Qarabağ məsələsinin də artıq bir problem yoxdur. Bu baxımdan da Qarabağımıza öz vətəndaşlarımız öz yurdlarına qayıtması prosesi də başlayıb və davam etdirilir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...