Erməni hiyləgərliyinin həyasızlıq dərəcəsi - TƏHLİL

Ermənistan hakimiyyətinin yalanları, bu ölkənin məhvinə səbəb olan, bundan sonra da məhvə sürükləyən strategiyası erməni xalqının, sıravi ermənilərin narazılıqlarına səbəb olur və Ermənistan vətəndaşları bir-birinin ardınca etiraz aksiyaları keçirir. Hazırda Ermənistanda hökm sürən vəziyyəti ermənilər özləri belə kabus adlandırırlar və vəziyyətin necə sürətlə pisləşdiyini etiraf da edirlər. Bitib-tükənməyən yalanlar, hökm sürən aclıq, səfalət, bir çoxlarının şəxsi maraqları, ambisiyaları naminə erməni xalqının dəfələrlə rastlaşdığı dəhşətli fəlakətlər, bir çoxlarının öz maraqlarına uyğun olaraq səhnələşdirdikləri Soyqırım nağılları Ermənistanı çökdürməkdə davam edir.

Hansısa, şər qüvvələr adlandırdıqları güclərin, qüvvələrin müxtəlif çirkin oyunlarının qurbanına çevrilən erməni xalqı faciəsini görməməzlikdən artıq gələ bilməz. İndi Ermənistanda saysız-hesabsız ailələr var ki, bu çirkin oyunların nəticəsində yaxınlarını, əzizlərini itiriblər. Ermənistanın təxribatlarına cavab oilaraq ərazilərimizin işğaldan azad edilməsi uğrunda savaş zamanı Azərbaycan Ordusunun qarşısında cəmi 44 gün davam gətirə bilməyən Ermənistan tərəfi, bu ölkənin silahlı qüvvələri diz çökdü, çoxlu itgilərlə qarşılaşdı və hələ də erməni xalqı bununla barışa, bunu həzm edə bilmir ki, bu da anlaşılandır. Çünki, separatçıların işğalçılıq siyasəti sayəsində erməni ailələrinin bir çoxları itgi verib və hətta çoxları öz yaxınlarının, əzizlərinin cəsədlərini belə ala bilmirlər.

Ölən erməni hərbçilərinin cəsədlərinin ailələrinə təhvil verilməsi ilə bağlı artıq işğalçı ölkədə dəfələrlə etiraz aksiyaları keçirilib və hələ də keçirilməkdə davam edir. Bu barədə Ermənistana məxsus mətbuat səhifələri də kifayət qədər informasiyalar yayırlar. Yəni, heç kim üçün gizli deyil ki, bu günə qədər öz yaxınlarının cəsədlərini almayan çoxlu sayda erməni ailəsi var və tələblərinə məhəl qoyan da yoxdur. Baxmayaraq ki, müharibənin bitməsindən bir ildən artıq vaxt keçib, hələ də ermənilər 44 günlük müharibədə iştirak edən yaxınlarının cəsədlərini ala bilməyiblər. Hətta, həmin ailələr yaxşı bilirlər ki, cəsədləri bundan sonra da ala bilməyəcəklər, çünki Ermənistan hökumətinin hərbçilərə münasibəti də onlara bəllidir, üstəlik müharibə dövründə verilən yalan məlumatlar da. Bir növ artıq ermənilər bu yalanlara alışqandırlar, öyrəncəlidirlər və yaxşı bilirlər ki, itgin düşən hərbçilər bartədə yalan məlumat vermək bu işğalçı ölkədə adi hal hesab olunur. Hətta, müharibədə məğlubiyyətlə qarşılaşdıqlarını etiraf etmək məcburiyyətində qalan Ermənistanın siyasi-hərbi rəhbərliyi dedikləri yalanları nəinki etiraf etdilər, bunun onlar üçün qəbuledilən, adi hal olduğunu belə etiraf etdilər. Belə olan halda hansısa erməni ailəsi bu rejimdən, bu hakimiyyətdən hansı cavabı gözləməlidir və buna nə dərəcədə inana bilər?

Yenə də itkin düşən hərbçilərin yaxınları İrəvanda etiraz aksiyası keçirməyə davam edirlər. Ötən gün hökumət binası yaxınlığında aksiya keçirən, həmçinin Tiqran Mets prospektinin Nazirlər Kabinetinin binasına bitişik hissəsini bağlayan həmin o itkin düşən hərbçilərin yaxınları bu gün, 8 dekabr tarixində də Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın onların yanına gəlməsini və itgin düşənləri fərari adlandırmaq istəyinə və təklifinə görə cavab verməsini tələb edirlər.

“Dünəndən evə getmirik, bütün gecəni burada, Ermənistan parlamentinin girişində keçirmişik”, deyə itkin düşən hərbçinin qohumu Arsen Qukasyan dekabrın 8-də news.am saytına müsahibəsində bildirib. O, Milli Məclisə daxil olan deputatları gördüyünü deyib. Qukasyan izah edib ki, sual konkret olaraq parlamentin spikeri Alen Simonyanın açıqlamaları ilə bağlıdır. Etirazçı deyib ki, əgər Simonyan açıqlama veribsə, gəlsin, cavabı da özü versin və ona deyiləcək çox şeylər var. Bu faktı Ermənistana məxsus mətbuat səhifəsi yazır, biz yox. Belə çıxır ki, Ermənistanın Milli Məclisi itgin düşən erməni hərbçisini fərari adlandırmaq fikrindədir?

Çox absurd bir vəziyyət hökm sürür Ermənistanda. İtgin düşənləri, ölənlərin cəsədlərini taparaq valideynlərinə, yaxınlarına təhvil vermək əvəzinə onları fərarilikdə ittiham edənlər indi nə ağıla qulluq edirlər? Müharibənin bitdiyi, başa çatdığı gündən bu zamana qədər minlərlə erməni hərbçisinin cəsədi tapılsa da, minlərlə tapılmayan, hələ də axtarışda olanlar var. Hələ də hərbçi övladının, yaxınının, qohumunun vəziyyəti barədə xəbərsiz olan, cəsədini ala bilməyənlər saysız-hesabsızdır Ermənistanda. Onlar öz yaxınlarının heç olmasa cəsədini təhvil vermək tələbi ilə çıxış edirdilər, təbii ki, nəticədə heç nə ala bilməsələr də.

Artıq, başda elə həmin o itgin düşən, cəsədləri qaytarılmayan hərbçilərin yaxınları olmaqla, erməni xalqının vəziyyəti daha acınacaqlı istiqamətə yön alıb. İndi erməni cəmiyyəti öz hökuməti, Milli Məclisi tərəfindən hədəfə alınır və bir növ borclu çıxarılır. Təsəvvür etmək belə mümkün deyil ki, bu hiyləgər hökumət indi hansı oyunu oynayır və bu dəfə kütlənin ağzını birdəfəlik yummaq niyyətindədir. Deməli, bu vaxta qədər itgin düşən hərbçi yaxınlarını itirənlərə bəyan edilir ki, onların itgin düşən yaxınları fərari çıxıb, hətta satqın belə ola bilər.

Ermənistan parlamentinin spikerinin video yazısı yayılıb bu ölkə mediasında və orada bu ölkənin spiker deyir ki, onun üçün artıq itgin düşənlər yox deməkdir. Onun həyasızlıq dərəcəsindən adamın tükləri biz-biz olur və yaranan ikrah hissini belə dilə gətirmək, sözlərlə təsvir etmək mümkünsüzdür. Bu artlq hiyləgərliyin, simasızlığın və şərəgsizliyin pik nöqtəsi, maksimum həddidir, ən azından qəbul olunan qaydalara, beynəlxalq aləmə görə. Ola bilsin ermənilər üçün bu hələ maksimum hədd deyil və daha hansı səviyyədə həyasızlıq nümayiş etdirə bilərlər, bunu özləri daha yaxşı anlayarlar. Çünki, öz simalarına özləri dah yaxından bələddirlər və elə etirazçılar da yəqin məhz buna görə Simonyanın boğazından tutmaq fikrindədirlər.

Həqiqətən çox dəhşətli mənzərə yaranıb Ermənistanda və bunun acısını yenə də sıravi ermənilər, erməni xalqı dadır. Bir il bundan öncə baş verənlər yaddan çıxan deyil və xatırladığımz kimi, Ermənistan tərəfi məğlub olmasına rağmən daim qələbə xəbərlərini çatdırır və bundan çəkinmirdi də. Yalançı, illərlə öncə çəkilən kadrları erməni cəmiyyətinə sırıyaraq mövqelərini qoruyub saxladığını bəyan edirdilər. Hərbçilərin valideynləri hardan bilə bilərdilər ki, bu nağıllara qulaq asıb qürrələndikləri zaman onların övladları qırğına verilir, yaxşı halda da “iti qovan kimi” onları qovur Azərbaycan Ordusu. Bunu biləndə də artıq gec idi və oyunbazlar artıq minlərlə ermənini oyunlarına qurban etmişdilər, hansıki sonra onların heç cəsədlərini belə sahiblərinə, yaxınlarına vermədilər. Verə də bilməzdilər axı. Heç zaman diri halda olan hərbçisini nəzərə almayanların, onları qırğına verənlərinin öz hərbçisinin cəsədini axtaracağı, tapıb yaxınlarına təhvil verəcəyi inandırıcı da deyil. Üstəlik bir də erməni xislətli olanda buna ümid etmək belə sadəlövhlük olardı ki, bu sadəlövhlüyü isə ermənilərdə axtarmağa dəyməz. Onlar özlərininkilər tərəfindən axmaq yerinə qoyula bilərlər, amma sadəlövh olmaları barədə söyləmək olmaz və görünür elə bu səbəbdən də hökumətlərinin hiyləgərliklərinə dərhal reaksiya verir, buna etiraz edirlər. Bilirlər ki, həyasızcasına qarşı tərəfi ittiham etmək baxımından dırnaqarası “qabiliyyət” bu işğalçı ölkə hakimiyyətinə, elə erməni xislətinin özünə xas olandır.

İtgin düşənlərlə bağlı bütün məsələlərdə daxili auditoriyaya hesablanan addımları görməmək mümkün deyil və elə əvvəldən də bunu hər kəs bilirdi. Bilirdi ki, müharibədə məğlubiyyətlərin gizlədilməsi, yalan məlumatlar yayılması, itgin düşənlər barədə məlumat verilməməsi hamısı Ermənistanın daxili auditoriyasına hesablanmışdı və məqsəd də bəlli idi. Bəlli idi ki, Ermənistan hökuməti əvvəla uğursuzluqlarını, məğlubiyyətini erməni cəmiyyətindən gizlədir. Digər tərəfdən o da aydın idi ki, ölənlər barədə doğru olan məlumatı verməkdə maraqlı deyil. Əksinə, sonradan bəlli oldu ki, döyüşə qatılan, sonra əlaqə kəsilən, itgin düşən erməni hərbçilərinin adları siyahıda belə yox imiş. Maraqlı məqamdır, deyilmi? Təsəvvür edək ki, yaxınları hərbçini döyüşə göndərir, o da döyüşdə iştirak edir, amma itgin düşüb axtarıldığı zaman onun adı bir dənə də olsun dəftərdə, bircəcik siyahıda belə olmur. Bu hansı məntiqə sığışır? Hiyləgərliyin həyasızlıq dərəcəsi desək buna güman edirəm ki, bizi qınamazlar. Əlbəttə ki, əvvəlcədən düşünülmüş bir hiyləgərlik idi bu və Ermənistan tərəfi nəticənin necə olacağından asılı olmayaraq itgilərini gizlətmək üçün əvvəlcədən belə bir hiyləgərliyə əl atmışdı ki, ölənlərin sayını az göstərmək mümkün olsun. Amma xatırlatmaq istərdik ki, bu qədər hiyləgərliyə sahib olan erməni az da olsa ağıla sahib olsaydı, indi bu qədər itgilərlə qarşılaşmazdı. Ağıllı olsaydı bilərdi ki, haqq-ədalət, həqiqət öz yerini tutacaq və hiyləgərliklə əldə etdiklərini geri vermək məcburiyyətində qalacaq, özü də itgilərlə.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə