YAP Balakən rayon təşkilatının təsis olunmasını belə qeyd etdilər - FOTOLAR

YAP Balakən rayon təşkilatı partiyanın gücünün və qüdrətinin artmasına, nüfuzunun möhkəmlənməsinə böyük töhfələr verib. YAP Balakən rayon təşkilatı 28 ildir ki, respublikanın ictimai siyasi həyatında fəal iştirak edir, qazandığı uğurlarla YAP-a və ölkəmizə xidmət göstərir. Sevindirici haldır ki,bu illər ərzində YAP Balakən rayon təşkilatının üzvləri ölkəmizdə keçirilən bütün seçkilərdə, referendumlarda olduqca fəal iştirak ediblər. Rayon təşkilatı olduqca peşəkarlıq nümayiş etdirib, partiyamıza sədaqətləri ilə seçiliblər.

YAP Balakən rayon təşkilatı fəaliyyət göstərdiyi 28 il ərzində 70 ərazi ilk partiya təşkilatında 5266 siyasi həmfikri özündə birləşdirib. Təşkilat üzvlərindən 3257 nəfəri qadın, 3172 nəfəri isə gəncdir.

1993-cü ilin mart ayında təsis yığıncağında iştirak edən Yeni Azərbaycan Partiyasının üzvləri Tamara Əliyeva, Ramazan Xanayev, Ömər Osmanov, Telman Adıgözəlov, Fatma Osmanova bir araya gələrək ötən günləri qürur hissi ilə xatırlayırlar. 1990-cı illərin əvvəlində hakimiyyətdə olanların səriştəsiz siyasəti nəticəsində Azərbaycan uçuruma sürüklənirdi. Ölkəmizdə iqtisadi-siyasi böhran dərinləşirdi, xalqın həyat səviyyəsi pisləşirdi. Eyni zamanda, Ermənistan bir-birinin ardınca ərazilərimizi işğal edirdi. Belə bir şəraitdə insanların sabaha inamları qalmamışdı. Cəmiyyətdə belə bir rəy formalaşmışdı ki, Azərbaycanı bu bəladan yalnız Ümummilli lider Heydər Əliyev xilas edə bilər. Ona görə də, ölkəmizin nüfuzlu 91 ziyalısı Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Partiya Naxçıvanda yaradıldıqdan sonra onun yerli təşkilatları formalaşmağa başladı.

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının yaranması münasibəti ilə 5 mart 2021-ci ildə YAP gənclərinin bir qrupu rayon təşkilatının inzibatı binasının ətrafında ağacəkmə kampaniyası keçirmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə