“Ermənistanda faciəli hadisələr baş verə bilər” Andranik Tevanyan

"Erməni xalqı Nikol Paşinyanı kənarlaşdırmasa özünü dövlətçilik itkisindən xilas edə bilməyəcək". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə politoloq Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

"Bu günlərdə Rusiyada baş verən siyasi inkişafların "iks" ssenarisi vəziyyətində, Ermənistanda faciəli hadisələr baş verə bilər. Nikol Paşinyan kənarlaşdırılmasa, siyasi səhnədən uzaqlaşdırılmasa, erməni xalqı özünü dövlətçilik itgisindən qoruya, xilas edə bilməyəcək. Bundan əvvəl də, Çar Rusiyasının çökməsi nəticəsində ilk Ermənistan Respublikasının yox olması baş vermişdi. İmparatorluqların xarabalıqları altında qalmamaq lazımdır”, deyə politoloq öz sosial şəbəkə hesabında yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə