Düşmənin məhv edilmiş və ələ keçirilmiş hərbi texnikalarının SAYI

Qarabağ cəbhəsində Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları nəticəsində işğalçı və terrorçu Ermənistan ordusunun və bu ölkənin marioneti, quldur "dqr" silahlı birləşmələrinin işğal altındakı ərazilərimizdən çıxarılmaları prosesi uğurla davam etdirilir. Belə ki, hazırkı dövrə qədər müzəffər Ordumuzun fövqəl qəhrəmanlığı və əsgərlərimizin şücaəti nəticəsində artıq 98 kənd və rayon mərkəzlərimiz yağı düşmən tapdağından azad olunub. Lakin daha bir reallıq düşmənin hərbi texnikalarının, silah və sursatlarının sayının kütləvi şəkildə itirilməsidir.

Azərbaycan Prezidenti, cənab Ali Bak Komandan İlham Əliyev xaqla növbəti müraciətində həmin rəqəmləri diqqətə çatdırıb.

Beləliklə, aparılan uğurlu hərbi əməliyyatlar zamanı müzəffər Ordumuz tərəfindən işğalçıların 241 tankı məhv edilib, 39 tank qənimət götürülüb. 50 PDM məhv edilib, 24 PDM qənimət götürülüb. 70 qrad qurğusu məhv edilib. Eləcə də, 4 ədəd S300 zenit-raket kompleksi məhv edilib.

Ali Baş Komandanımız bundan sonra da düşmənin hərbi texnikasının məhv ediləcəyini xalqa müraciətində vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə