Rasim Quliyev: "Zaman Azərbaycanın xeyrinə işləyir" - MÖVQE

Təxribat niyə Qarabağda deyil, Azərbaycanla birbaşa sərhəddə törədildi?

"Məlum olduğu kimi Ermənistan tərəfinin silahlı təxribatı bu dəfə Qarabağda deyil, birbaşa Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində baş verib. Bu əslində Ermənistanın indiki iqtidarının hakimyyəti əldə saxlamaq üçün ən pis variantlardan birini sınaqdan çıxarmağa uğursuz cəhdi kimi dəyərləndirilir. Artıq dünya ictimaiyyəti, siyasi və digər beynəlxalq dairələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın hərbi, siyasi, hüquqi müstəvidə əzici üstünlüyünü görür, etiraf edir və qəbul edir. Qalır yalnız, Azərbaycan Prezidenti, Ali Baş Komandanın səsləndirdiyi kimi, uyğun zamanda bu faktı rəsmiləşdirib ədaləti bərpa etmək". Bunu SİA-ya açıqlamasında Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev deyib.

R.Quliyev bildirib ki, 2016-cı il aprel döyüşlərindən sonra həm Azərbaycan əhalisi, həm ermənistan əhalisi, həm də dünya ictimaiyyətinin aidiyyatı bütün dairələri real hərbi-texniki hazırlığın milli ruh və mənəvi-psixoloji üstünlüyün böyük nisbətdə Azərbaycanın xeyrinə olduğunu gördülər: "Bundan sonra şəxsən Azərbaycan Prezidentinin rəhbərliyi ilə açıq diplomatik və hüquqi təzyiq gücləndirildi. Bütün beynəlxalq və digər auditoriyalarda prezident İlham Əliyevin əzici təzyiqi davam etməkdədir və hətta bu dəfələrlə həmsədrlə münasibətdə kəskin şəkildə iradlar şəklində özünü göstərmişdir. Ermənistanda isə əksinə sosial-iqtisadi və mənəvi-psixoloji vəziyyət getdikcə ağırlaşmaqda davam edir. Yeganə uğur sayıla biləcək müvəqqəti işğal etdiyi ərazilərin də əldə saxlanmaq perspektivini itirən Ermənistan iqtidarı indi yalnız hakimiyyəti əldə saxlamaq barədə düşünür. Hətta belə də demək olar ki, Ermənistanda amerikapərəst və rusiyapərəst qüvvələrin qütbləşərək hakimiyyət uğrunda mübarizəsi bir daha aktuallaşmışdır. Bu yaxınlarda mətbuatda çıxış edən keçmiş Ermənistan prezidenti Robert Koçəryan indiki iqtidarın həm diplomatik, həm Qarabağ məsələsində, həm də sosial-iqtisadi sahədə uğursuzluqlarını, koronovirusla mübarizədə başını itirdiyini qeyd edərək, bütün günahların Hökümət binasında olduğunu bildirərək, dəqiq ünvan göstərmişdi. Robert Koçaryanın da rusiyapərəst olduğunu sübut etməyə ehtiyac yoxdur.

Beləliklə, Qarabağda törədiləcək hər hansı təxribatın Azərbaycan tərəfindən əlavə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnəcəyi dərsini 2016-cı il apreldə yaşayan ermənistan iqtidarı bununla Ermənistan daxilində də hər hansı "əməliyyat" keçirə bilməyəcəkdi, çünki Qarabağ Ermənistan deyil. Ona görə də ən pis variantların içində nisbətən pis variant məhz bir başqa Ermənistan-Azərbaycan sərhəddində təxribat törətmək idi ki, sözsüz bunun da nəticə və itkilərini nəzərə almamış deyildilər. Onlar ümid edirlər ki, əvvəla Azərbaycan hələlik Ermənistanı darmadağın etmək fikrində deyil, praqmatik siyasət və KTMT-na üzv olan Ermənistan bu gün üçün bundan sığortalana bilər. Və sərhəddə baş verən erməni təxribatının nəticəsində Ermənistanın ciddi itkiləri isə Paşinyan hökümətinə müvəqqəti də olsa koronovirus böhranını müharibə panikası ilə arxa plana keçirtmək və daxili siyasi vəziyyəti hərbi nəzarət altına almnağa kömək edə bilər. Yəni Paşinyan höküməti Ermənistan əhalisini, cəmiyyətini və siyasi dairələri nəzarətdə saxlamaq, daxili gərginliyi şok effekti ilə zərərsizləşdirmək və daxildə hərbi rejim yaradaraq hakimiyyəti əldə saxlamaq üçün ciddi canlı və texniki itkidən belə çəkinmədi, erməni vətəndaşını və erməni əsgərini qurban verdi. Ancaq bu heç də yaxşı seçim və əla çıxış yolu deyildi, bu məğlubiyyət onun hakimiyyətinə ciddi zərbə vura bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...