"Azərbaycan mediası böyük inkişaf yolu keçib" ÖZƏL-MÜNASİBƏT

“Bu gün Azərbaycanda mətbuata, bu sahənin inkişafına böyük diqqət və qayğı var. Hər il dövlət büdcəsindən bu sahənin inkişafına maliyyə yardımları ayrılır, jurnalistlər üçün mənzillər inşa olunur. Bütün bunlar dövlətin bu sahəyə diqqət və qayğısının təzahürüdür”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycanda media qurumları sərbəst və azad fəaliyyət göstərir: “Azərbaycan mediası böyük inkişaf yolu keçib. Müstəqillik illərində bir neçə mətbu orqan mövcud idisə, bu gün ölkəmizdə çoxlu sayda media qurumları fəaliyyət göstərir. Bu gün dünyada güclü informasiya müharibəsi gedir. Bu gün bir sıra müsəlman ölkələrində ictimai fikirə təsir etmək və sabitliyi pozmaq üçün medianın imkanlarından geniş istifadə olunur. Bu baxımdan milli mediaların üzərinə böyük vəzifələr düşür.

Bu gün sosial şəbəkələr ənənəvi media ilə ciddi rəqabət aparır. Bir sıra hallarda məqsədli şəkildə əsası olmayan xəbərlər yayılır, süni gərginliyin yaradılmasına çalışılır. Bu kimi halların qarşısının alınmasında milli mətbuatın üzərinə ciddi vəzifələr düşür.

Pandemiya dövründə gərgin işləyən qurumlardan biri də media oldu və müəyyən mənada bu vəzifənin öhdəsindən layiqincə gəldilər. Dövlətin həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarların cəmiyyətə çatdırılmasında media böyük rol oynayır.

Fürsətdən istifadə edib bu gün münasibətilə bütün media nümayəndələrini qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edir, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...