"Qaçqın və məcburi köçkünlərin həyat şəraiti Prezidentin diqqət mərkəzindədir" Mahir Abbaszadə

“Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 75 fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. İndiyədək ölkəmizin müxtəlif regionlarında bu kateqoriyadan olan vətəndaşlar üçün 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub. Eyni zamanda məcburi köçkünlərin məşğulluğun artırılması istiqamətində də xeyli işlər görülüb”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, Azərbaycanda məcburi köçkünlərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 1336 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş “Qobu Park-3” müasir yaşayış kompleksinin açılışı məcburi köçkünlərə dövlət qayğısının daha bir bariz nümunəsidir. Millət vəkilinin sözlərinə görə, yeni qəsəbə bütün müasir tələblərə cavab verir.Yeni tikilən qəsəbələrdə onların işlə təmin olunması, istehsal və xidmət sahələrinin yaradılması da bu istiqamətdə görülən mühüm tədbirlərdən biridir.

“Eyni zamanda “Qobu Park-3” kompleksində 960 şagirdlik məktəb fəaliyyət göstərəcək, həmçinin böyük uşaq bağçası tikilib ki, bu da məcburi köçkünlərin keyfiyyətli təhsillə təmin olunması üçün mühüm addımdır. Azərbaycanda məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman öz fəaliyyətlərində onlara böyük diqqət və qayğı ilə yanaşırlar. Bütövlükdə, Qobu qəsəbəsində reallaşdırılan 3 layihədə toplam 3700 nəfərə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək, 20 minə yaxın insan yaşayacaq. Bu da məcburi köçkünlərin yaşayış şəraitinin yaxılaşdırılması istiqamətidə atılan mühüm addımlardan biridir”, -deyə M.Abbaszadə vurğulayıb.

Millət vəkili söyləyib ki, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, pandemiyanın qlobal iqtisadiyyatın müxtəlif sahələrinə vurduğu ciddi zərbələrə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial-iqtisadi inkişafa hesablanan layihələrin uğurlu icrası ardıcıllıqla davam etdirilir: “Bunun nəticəsini hər bir vətəndaş, o cümlədən qaçqın və məcburi köçkünlər öz həyatlarında hiss edirlər. Ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllidir: “Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...